Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dövlət universitetləri pulsuz olacaq? - VACİB AÇIQLAMA

news/2026_02_02/erto_1770047717.jpeg

CƏMİYYƏT

86

02.02.2026, 19:53

Bu ildən etibarən Gürcüstan universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək. Belə ki, dövlət universitetlərində təhsil tam pulsuz olacaq və bu qərar növbəti tədris ilindən qüvvəyə minəcək.

Maraqlıdır, Azərbaycanda da ali təhsilin tam dövlət sifarişli əsaslarla həyata keçirilməsi mümkündürmü?

 Oxu24.com xəbər verir ki  mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanla Gürcüstanı bu məsələdə birbaşa müqayisə etmək düzgün olmaz. Onun sözlərinə görə, hər iki ölkənin əhali sayı və ali təhsil alan tələbələrin ümumi göstəriciləri fərqlidir:

“Azərbaycanda dövlət sifarişli yerlərin sayı hər il kifayət qədər artırılır. Burada iki əsas amili fərqləndirmək lazımdır: əhali sayı və təhsil alanların ümumi göstəricisi. Bu baxımdan Gürcüstanın qərarı təqdirəlayiqdir, lakin mövcud şəraitdə ölkələri müqayisə etmək doğru olmaz”, – deyə ekspert vurğulayıb.

Elçin Əfəndi qeyd edib ki, qarşıdakı illərdə Azərbaycanda da dövlət sifarişli yerlərin sayının daha da artırılması gözlənilir:

“Ümumilikdə məqsəd təhsilin hər kəs üçün pulsuz və əlçatan olmasıdır. Bunun üçün müəyyən zaman lazımdır. Düşünürəm ki, Azərbaycanda da 5-10 il ərzində tam dövlət sifarişli təhsil modelinə keçidlə bağlı qərar qəbul oluna bilər”.