Ağır qəza:Ölənlər var
14 Noyabr 2026, 09:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2877
02.02.2026, 21:34
Xəbər verdiyimiz kimi,Respublika hərbi prokurorunun müavini - ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.
17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin olunub.
Şəfayət İmranov 1972-ci ildə Göyçay rayonunda anadan olub. BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994–2009 illərdə Bakı ş. Əzizbəyov rayonun prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, Bakı şəhər Xətai rayonun prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifələrində çalışıb.
General-mayor 17 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu ildə Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.
Prezidenti İlham Əliyevin 1 oktyabr 2012 il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib. 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bu gün Baş Prokuror Kamran Əliyevin sərəncamı ilə Şəfayət İmranov Abşeron rayonuna prokuror təyin edilib.
Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədov 2020-ci ilin iyul ayından Hərbi Prokurorun müavini vəzifəsini tutur. Bu təyinata qədər Fuad Məmmədov Hərbi Prokurorluqda şöbə rəisi işləyib.
Bu gün Baş prokuror Kamran Əliyevin sərəncamı ilə Fuad Məmmədov Tərtər rayon prokuroru təyin edilib.
Nərmin Balacayeva
09:23 / 14 Noyabr 2026
23
08:09 / 14 Noyabr 2026
936
01:15 / 14 Noyabr 2026
148
00:40 / 14 Noyabr 2026
299
00:02 / 14 Noyabr 2026
1088
23:58 / 13 Noyabr 2026
158
23:49 / 13 Noyabr 2026
156
23:40 / 13 Noyabr 2026
162
23:28 / 13 Noyabr 2026
158
23:22 / 13 Noyabr 2026
148
23:17 / 13 Noyabr 2026
409
23:09 / 13 Noyabr 2026
177
23:05 / 13 Noyabr 2026
147
23:02 / 13 Noyabr 2026
320
22:53 / 13 Noyabr 2026
158
22:49 / 13 Noyabr 2026
152
22:41 / 13 Noyabr 2026
150
22:36 / 13 Noyabr 2026
173
22:18 / 13 Noyabr 2026
156
22:13 / 13 Noyabr 2026
151
22:03 / 13 Noyabr 2026
1169
21:43 / 13 Noyabr 2026
1241
21:36 / 13 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.