Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
30 İyul 2026, 01:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1725
02.02.2026, 21:21
Qərb və ABŞ ekspert və politoloqlarının proqnozlarına diqqət etsək, görərik ki, İran - ABŞ müharibəsinin başlanmasına saatlar qalıb.Azərbaycan regionda baş verən bu ölümcül savaşdan sıfır zərərlə qurtulmaq üçün hansı tədbirləri görməlidir?
Oxu24.com-un mövzu ilə bağlı sualını hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov cavablandırıb.
O bildirib ki, İran ərazisinə, əhalisinə və hərbi gücünə görə böyük və güclü ölkədir: "ABŞ ordusunun İrana girməsi mümkün deyil. Odur ki, müharibə ancaq müasir dağıdıcı raketlərin iştirakı ilə baş verəcək.
Expertlər də bildirirlər ki, İran - ABŞ müharibəsinin başlanması barədə çoxlu məsələlər diqqəti cəlb edir. Lakin, Çin, Rusiya bu müharibənin əleyhinədir. Bu müharibə başlayarsa, bu həm də, ABŞ üçün ağır bir zərbə ola bilər. Çünki, İranın da çoxlu balistik raketləri var və İran bu raketlərlə cavab zərbələri endirə bilər. İran illərlə müharibəyə hazırlaşıb, İran sakitcə yerində oturmayıb. ABŞ-ınəvvəlki prezidentləri də Trampa müraciət etdi. Barak Obama və Bill Klinton bu və digər istiqamətlərdə ona öz siyasətində dəyişiklik etməyi tövsiyə etdilər.
İran ordusunun sayı və gücü böyükdür. 200 minə qədər ballistik və qanadlı raketi var. Bu az bir miqdar deyil. Hava hücumlarından da müdafiə sistemləri var.Son zamanlar müşahidə olundu ki, Rusiyadan və Çindən alınan onlarla hərbi təyyarələr İran ərazisindədir",-deyə ekspert bildirib.
Qonşuluqda baş verən gərginliyin Azərbaycan üçün hansı təhlükəsi ola bilər?
Ekspertin sözlərinə görə,İran Azərbaycanın qonşuluğunda yerləşir , xüsusən, İranın şimalında azərbaycanlı soydaşlarımız yaşayır. Həmin ərazilərdə əhəmiyyət kəsb edən hərbi və strateji obyektlər də var.
"ABŞ ora raket zərbələri endirsə, bu da bizim soydaşlarımızın kütləvi ölümünə səbəb ola bilər. Digər bir tərəfdən Azərbaycana qaçqın axını da ola bilər. Beynəlxalq Konvensiyaya görə qaçqınlar pənah apardıqları ərazidə yerləşdirilməli, tələbatları həll edilməlidir. Bu da Azərbaycan iqtisadiyyatı üçün zərbə ola bilər. Çünki qaçqınları yerləşdirmək, saxlamaq, tələbatlarını yerinə yetirmək üçün böyük maliyyələr lazım olacaq. Nəzərə alın ki, cənubda 40 milyon soydaşımız yaşayır.
Sonuncu təhlükə: Təbii ki, bizim hava hücumdan müdafiə sistemlərimiz güclüdür. Belə bir müharibə olduğu halda Azərbaycan Müdafiə Nazirliyinin hava hücumdan müdafiə qüvvələri daimi gücləndirilmiş yüksək döyüş hazırlığı vəziyyətinə gətirilə bilər. Əlbəttə ki, ABŞ-ın və yaxud İranın atdığı raketlərdən biri əgər trajektoriyadan kənara çıxarsa, Azərbaycan ərazisinə düşərsə, Azərbaycan hava qüvvələri bu raketləri elə göydəcə zərərsizləşdirmək qabliyyətindədir. Ən əmin olduğum odur ki, ərazimizin təhlükəsizliyi tamdır”-deyə hərbi ekspert vurğuayıb.
Əntiqə Rəşid
01:13 / 30 İyul 2026
1
00:37 / 30 İyul 2026
141
00:26 / 30 İyul 2026
50
00:01 / 30 İyul 2026
52
23:49 / 29 İyul 2026
52
23:22 / 29 İyul 2026
65
22:51 / 29 İyul 2026
126
22:34 / 29 İyul 2026
66
22:11 / 29 İyul 2026
73
21:57 / 29 İyul 2026
95
21:12 / 29 İyul 2026
99
20:22 / 29 İyul 2026
78
20:09 / 29 İyul 2026
90
19:41 / 29 İyul 2026
83
19:33 / 29 İyul 2026
92
19:05 / 29 İyul 2026
83
18:57 / 29 İyul 2026
89
18:19 / 29 İyul 2026
87
18:09 / 29 İyul 2026
106
18:05 / 29 İyul 2026
125
17:59 / 29 İyul 2026
97
17:40 / 29 İyul 2026
96
17:20 / 29 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.