Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
30 İyul 2026, 01:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
599
02.02.2026, 20:58
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmanla bu tarix hər il Azərbaycan gəncliyinin bayramı kimi qeyd olunur.
Bu günlərdə tez-tez 1996-cı ildə keçirilmiş Birinci Gənclər Forumunda Ulu Öndərin verdiyi öyüd və nəsihətlər xatırlanır.
Amma mən bu gün sizin diqqətinizi başqa bir görüşə yönəltmək istəyirəm.
Özümün də şəxsən iştirak etdiyim, tarixə səssiz, amma dərin iz buraxmış bir görüşə…
1994-cü ilin fevral ayına.
Vətənimizin ən ağır, ən sınaqlı günlərinə.
Həmin il Ulu Öndər Azərbaycanın gələcəyinə inandığı ilk gənclər qrupunu —
yaşları 16 ilə 18 arasında dəyişən, sayı 200-ə yaxın olan tələbəni
Türkiyəyə təhsil almağa yola salmazdan öncə qəbul etmişdi.
O gün biz gənc idik.
Bəlkə də ölkəmizi dörd bir yandan əhatə edən təhlükələrin miqyasını tam dərk etmirdik.
Sadəcə Azərbaycan universitetlərində olmayan ixtisaslar üzrə təhsil almaq üçün seçilmiş gənclər idik.
Amma bir şeyi çox yaxşı xatırlayıram: Ulu Öndərin baxışlarında inam vardı.
Sözlərində etibar, müraciətində isə böyük bir məsuliyyət hiss olunurdu.
O, bizə sadəcə oxumağı deyil, Azərbaycanı layiqincə təmsil etməyi tapşırırdı.
Biz də o çağırışı ürəyimizdə daşıyaraq, harada olduqsa, Azərbaycan adı ilə durduq.
Məhz həmin görüşdə biz Ulu Öndərin Azərbaycan gəncliyinə olan diqqətini, qayğısını və gələcəyə olan ümidini bütün varlığımızla hiss etdik.
Zaman göstərdi ki, o görüş təsadüf deyildi.
Türkiyədən məzun olduqdan sonra həmin görüşdə iştirak edən gənclərin bir çoxu Azərbaycanı dünyanın müxtəlif ölkələrində ən yüksək səviyyədə təmsil etdi.
Onların arasında mən də var idim.
Anadolu Ajansı, İhlas Haber Ajansı kimi Türkiyənin aparıcı media qurumlarında, Moskvada müxbir olaraq çalışdım.
18 illik jurnalist fəaliyyətimdə, xüsusilə Aprel döyüşlərindən başlayaraq bu günə qədər Azərbaycanı harada oldumsa, qürurla və ləyaqətlə təmsil etməyə çalışdım.
Və səmimi deyirəm:
bunun ən başlıca səbəbi 32 il əvvəl Ulu Öndərin verdiyi öyüd və nəsihətlərdir.
Bu gün yaşları 50-ni keçsə də, ruhları hələ də gənc olan o tarixi görüşün bütün iştirakçılarını buradan salamlayıram.
Və bütün Azərbaycan gənclərini ürəkdən təbrik edirəm:
2 Fevral — Gənclər Gününüz mübarək olsun!
Fuad Abbasov
01:13 / 30 İyul 2026
1
00:37 / 30 İyul 2026
141
00:26 / 30 İyul 2026
50
00:01 / 30 İyul 2026
52
23:49 / 29 İyul 2026
52
23:22 / 29 İyul 2026
65
22:51 / 29 İyul 2026
126
22:34 / 29 İyul 2026
66
22:11 / 29 İyul 2026
73
21:57 / 29 İyul 2026
95
21:12 / 29 İyul 2026
99
20:22 / 29 İyul 2026
78
20:09 / 29 İyul 2026
90
19:41 / 29 İyul 2026
83
19:33 / 29 İyul 2026
92
19:05 / 29 İyul 2026
83
18:57 / 29 İyul 2026
89
18:19 / 29 İyul 2026
87
18:09 / 29 İyul 2026
106
18:05 / 29 İyul 2026
125
17:59 / 29 İyul 2026
97
17:40 / 29 İyul 2026
96
17:20 / 29 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.