Qaynar xətt:

(+99450) 247 90 86

Bəzi deputatlara vəzifə verildi - SİYAHI 

2024/05/17/1715942748_1574676914.millimeclis.jpg

CƏMİYYƏT

97

02.02.2026, 15:54

Yenidən formalaşdırılan Milli Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib.

Oxu24.com  bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, iclasa sədrliyi deputat Səbinə Salmanova edib.

Toplantıda üzvlər arasından Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə katib seçilib.

Qeyd edək ki, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında Milli Məclisin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılıb:

1. Naqif Ələşrəf oğlu Həmzəyev

2. Sevinc Əmirəhməd qızı Hüseynova

3. Eldar Allahyar oğlu Quliyev

4. Soltan Teymur oğlu Məmmədov

5. Rövşən Şahbaz oğlu Muradov

6. Səbinə Qədir qızı Salmanova

7. Mixail Yuryeviç Zabelin.