9 aprellə bağlı XƏBƏRDARLIQ
08 Aprel 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2297
02.02.2026, 16:44
Bakıda artan nəqliyyat sıxlığının qarşısını almaq üçün zaman-zaman müxtəlif təkliflər səsləndirilir. Onlardan biri də “hər ailəyə bir avtomobil” məhdudiyyətinin tətbiq olunması təklifidir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Oxu24.com-a açıqlamasında qeyd edib ki, ilk olaraq nəqliyyat sıxlığından danışsaq deyə bilərik ki, Bakıda nəqliyyat sıxlığının əsas səbəbi bölgələrlə bağlıdır:
“Vaxtilə yeni, daimi iş yerlərinin açılmaması vətəndaşları daha çox paytaxta üz tutmağa vadar edib. Bu yaxınlarda Cənab Prezident bəzi yeni icra başçılarını vəzifəyə təyin etdi. Qəbul edərkən bu fikiri səsləndirdi:”Bölgələrdə dayanıqlı iş yerlərinin açılmasını təmin etsinlər, insanların paytaxta axın etməsinə lüzum qalmasın.”
Bu istiqamətdə müəyyən işlər görülməlidir. İşlər nə qədər tez yerinə yetirilsə, o qədər də faydalı olacaq.
Lakin ümumilikdə nəqliyyat infrastrukturunun düzgün qurulmamasını da qeyd edə bilərik. Çünki, vaxtında bu işlər keyfiyyətli, gələcəyə yönəlik görülmədiyi üçün müvəqqəti həllər tətbiq olundu.
Artıq dövlət proqramı qəbul olunub. Cənab Prezident tərəfindən təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” ilə bağlı dövlət proqramı var. Bu proqrama uyğun olaraq müəyyən işlər görülür.
Bakı şəhərində artan nəqliyyat sıxlığı fonunda götürsək, vəziyyət yaxşı deyil. Nəqliyyat sayı, Bakının yolları bir-birinə uyğun deyil.
“Bir ailəyə bir avtomobil”. Fikrimcə, avtomobillərlə bağlı müəyyən tələb qoymaq olar. Bir ailəyə bir avtomobil tələbi qoymaq olar. Yaxud da avtomobil alan şəxs həm də avtomobili harada parking edəcəyinə dair sənəd gətirməlidir ki, onun parking üçün yeri, qarajı var.
Amma bəzi hallarda isə adamın avtomobili saxlamaq üçün yeri olmadığı halda, 3-4 dənə avtomobili var. Ona görə də tələblər qoyulmalıdır.
Həyət evi olanlar sənəd gətirə bilərlər ki, “Mənim həyət evim var, həyətdə avtomobil üçün kifayət qədər yerim var.”
Həmçinin oxuyun
Hesab edirəm ki, “Hər ailəyə, bir avtomobil” təklifi ümumi nəqliyyat problemini həll edə bilməz. Müəyyən təsir göstərəcək, amma dediyimiz kimi, Bakının nəqliyyat probleminin kökü başqa yerə gedib çıxır. Bu sosial məsələdir. Bunun da dövlət səviyyəsində həlli vacibdir.
Həlli yeni yollar çəkməklə də düzəlməyəcək. Nə qədər yol çəkəcəyiksə, o qədər də Bakıda avtomobil çox axacaq, vətəndaş çox gələcək. Bölgələrdən insanlar Bakıya axın edirsə, bunun 50%-i işlə əlaqəlidirsə, 50%-i də Bakıya gələnlərə baxıb bəhsə düşənlərdir ki, “Onlar gedirsə məndə getməliyəm” düşüncələri var”,-deyə ekspert qeyd edib.
Çimnaz Telmanqızı
16:25 / 08 Aprel 2026
27
16:21 / 08 Aprel 2026
39
16:06 / 08 Aprel 2026
42
16:00 / 08 Aprel 2026
41
15:54 / 08 Aprel 2026
41
15:50 / 08 Aprel 2026
68
15:43 / 08 Aprel 2026
36
15:28 / 08 Aprel 2026
49
15:20 / 08 Aprel 2026
337
15:09 / 08 Aprel 2026
57
14:58 / 08 Aprel 2026
67
14:54 / 08 Aprel 2026
197
14:49 / 08 Aprel 2026
204
14:44 / 08 Aprel 2026
74
14:32 / 08 Aprel 2026
1409
14:19 / 08 Aprel 2026
67
14:17 / 08 Aprel 2026
81
14:10 / 08 Aprel 2026
300
14:07 / 08 Aprel 2026
268
14:00 / 08 Aprel 2026
462
13:55 / 08 Aprel 2026
74
13:51 / 08 Aprel 2026
67
13:34 / 08 Aprel 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.