Bu markalı benzin bahalaşa bilər
28 Yanvar 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
27.01.2026, 22:35
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Oxu24.com bildirir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının
80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya
Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfs Nəir edilə bilməz.Sfera.az
Həmçinin oxuyun
01:58 / 28 Yanvar 2026
17
01:01 / 28 Yanvar 2026
40
00:26 / 28 Yanvar 2026
55
00:16 / 28 Yanvar 2026
50
23:50 / 27 Yanvar 2026
392
23:49 / 27 Yanvar 2026
131
23:34 / 27 Yanvar 2026
185
23:19 / 27 Yanvar 2026
67
23:05 / 27 Yanvar 2026
161
23:00 / 27 Yanvar 2026
98
23:00 / 27 Yanvar 2026
133
22:30 / 27 Yanvar 2026
123
22:15 / 27 Yanvar 2026
168
22:08 / 27 Yanvar 2026
651
21:54 / 27 Yanvar 2026
108
21:48 / 27 Yanvar 2026
69
21:30 / 27 Yanvar 2026
140
21:18 / 27 Yanvar 2026
2642
21:10 / 27 Yanvar 2026
123
20:57 / 27 Yanvar 2026
82
20:49 / 27 Yanvar 2026
144
20:48 / 27 Yanvar 2026
97
20:44 / 27 Yanvar 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.