Qaynar xətt:

(+99450) 247 90 86

Qara çay sağlamlığa zərərlidir? 

2023/12/07/1701964558_cay_1.jpg

CƏMİYYƏT

76

26.01.2026, 22:16

Sudan sonra insanların ən çox istehlak etdiyi içkilərdən biri çaydır. İsti və ya soyuq formada, günün istənilən vaxtı içilən çay bir çoxları üçün vazkeçilməz hesab olunur. Lakin çayın normadan artıq qəbulu müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.

 

Oxu24.com  bildirir ki, diyetoloq Ofeliya Tahirova Metbuat.az-a açıqlamasında qara çayın həddindən artıq istifadəsinin fəsadlarından danışıb. Onun sözlərinə görə, çayın çox içilməsi dəmirin orqanizmdə mənimsənilməsini zəiflədə bilər:

“Eyni zamanda qara çayın normadan artıq qəbulu yuxusuzluq və baş ağrısına səbəb olur. Acqarına çay içmək bəzi hallarda mədə yanması və ürəkbulanma yarada bilər. Yemək zamanı çay içmək məsləhət görülmür, ən yaxşısı yeməkdən ən azı bir saat sonra çay qəbul etməkdir”.

 

O.Tahirova bildirib ki, qara çay antioksidantlarla zəngin olduğu üçün orqanizmin qorunmasında və toksinlərin xaric olunmasında mühüm rol oynayır. O, çayın sümükləri möhkəmləndirdiyini də qeyd edib.:

 

"Əsas şərt çayı şəkərsiz qəbul etməkdir. Hazırda bazarda olan bir çox çay növünün rənginin tünd olması üçün dadlandırıcı və rəngləndirici maddələrdən istifadə olunur. Bu səbəbdən seçim zamanı orqanik şəkildə yetişdirilmiş çaylara üstünlük verilməlidir. Əslində, yaşıl çay daha faydalıdır, ancaq paket halında satılan çaylardan isə uzaq durmaq məqsədəuyğundur".