Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
02 Oktyabr 2026, 13:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1520
26.01.2026, 13:37
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındakı qalmaqal səngimək bilmir. Səidə Bəkirqızı Rəqsanənin “body” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib. Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib, eyni zamanda Səidə Bəkirqızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib. Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Demokrat.az aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.
Aparıcı saytımıza açıqlamasında bildirib ki, artıq hüquqi addım başlayıb:
“Məsələ ilə bağlı qalmaqal yaratmamışdım, sadəcə faktları ortaya qoymuşdum. Jurnalist mövqeyimi ifadə etmişdim və bunu edərkən heç kəsi təhqir etməmiş, nə atasını, nə anasını, nə də şəxsiyyətini alçaltmamışdım. Müxtəlif mövzularda dəfələrlə jurnalist mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Lakin o, məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.
O deyib ki, bu gündən etibarən məhkəmə proseslərinə başlanılacaq:
“Onunla yalnız hüquqi müstəvidə, Azərbaycan qanunlarına əsaslanaraq danışacağam. Sosial şəbəkələrdə ona heç bir cavab verməyəcəyəm. Ancaq haqqımda yayılan bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı yayılan əsassız iddialara görə o, qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd edim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq. Mən birmənalı şəkildə onun həbs olunmasını tələb edəcəyəm, çünki bu, açıq-aşkar böhtan və təhqir faktıdır”.
17:05 / 02 Oktyabr 2026
84
16:56 / 02 Oktyabr 2026
43
16:39 / 02 Oktyabr 2026
251
16:34 / 02 Oktyabr 2026
48
16:21 / 02 Oktyabr 2026
90
16:16 / 02 Oktyabr 2026
50
16:06 / 02 Oktyabr 2026
88
16:00 / 02 Oktyabr 2026
79
15:59 / 02 Oktyabr 2026
377
15:55 / 02 Oktyabr 2026
54
15:50 / 02 Oktyabr 2026
50
15:35 / 02 Oktyabr 2026
93
15:29 / 02 Oktyabr 2026
87
15:23 / 02 Oktyabr 2026
337
15:15 / 02 Oktyabr 2026
60
15:05 / 02 Oktyabr 2026
68
15:00 / 02 Oktyabr 2026
1637
14:48 / 02 Oktyabr 2026
190
14:45 / 02 Oktyabr 2026
89
14:43 / 02 Oktyabr 2026
97
14:42 / 02 Oktyabr 2026
68
14:40 / 02 Oktyabr 2026
73
14:22 / 02 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.