Qaynar xətt:

(+99450) 247 90 86

“Azərşəkər”in sabiq rəhbəri HAKİM QARŞISINDA 

news/2026_01_21/qric_1769001067.webp

CƏMİYYƏT

87

21.01.2026, 17:15

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birgə ittiham olununan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Buna səbəb təqsirləndirilən şəxslərin ibtidai istintaq müddətində ziyanı tam ödəməsi olub.

Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri, “Dastan Agro” MMC-nin təmsilçisi olub.