DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO
02 Oktyabr 2026, 20:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
816
21.01.2026, 16:53
Amerikalı virusoloq Kris Bak qeyri-adi formada peyvənd yaratdığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, tədqiqatçı BK-poliomavirusa qarşı eksperimental vasitə hazırlayıb və onu pivənin tərkibinə daxil edib. İlk sınaqları isə birbaşa öz üzərində aparıb.
BK-poliomavirus geniş yayılan DNT virusları sırasına daxildir. İnsanların əksəriyyəti uşaqlıq dövründə bu virusa yoluxur. Normal immunitet zamanı infeksiya özünü göstərmir, lakin virus orqanizmdə qalaraq immun sistem zəiflədikdə yenidən aktivləşə bilər. Xüsusilə böyrək transplantasiyası keçirmiş xəstələr üçün təhlükəli hesab olunur, çünki orqanın rədd olunmasına və ya toxumaların zədələnməsinə səbəb ola bilər.
Bak peyvənd platforması kimi Saccharomyces cerevisiae adlı mayalardan istifadə edib. Bu mayalar pivə istehsalında və qida sənayesində geniş tətbiq olunur. Alim onların əsasında xəstəlik yaratmaq qabiliyyəti olmayan virusabənzər hissəciklər əldə edib. Daha sonra həmin maddələri tərkibində saxlayan pivə hazırlayıb və peyvəndi özü sınaqdan keçirməyə qərar verib.
O, beş gün ərzində hər gün bir içki qəbul edib. Ardınca təxminən yeddi həftə fasilə ilə daha iki oxşar kurs həyata keçirib. Paralel olaraq, antitel səviyyəsini ölçmək üçün mütəmadi qan analizləri verib.
Tədqiqatçının sözlərinə görə, antitel göstəriciləri böyrək transplantasiyasından sonra insanlarda qoruyucu hesab edilən səviyyəyə çatıb. Bak hər hansı ciddi mənfi təsir qeydə almadığını, yalnız yüngül sərxoşluq yaşadığını bildirib.
Nəticələr Zenodo platformasında və şəxsi bloqunda dərc olunub. Lakin araşdırma elmi rəy prosesindən keçməyib. Bundan əlavə, Milli Səhiyyə İnstitutlarının etik komitəsi mümkün risklər səbəbindən belə bir eksperimentin aparılmasını təsdiqləməyib.
Elmi ictimaiyyətin reaksiyası birmənalı olmayıb. Bəzi mütəxəssislər bir nəfər üzərində aparılan testin nəticələrinə əsaslanaraq yekun qərar verməyin mümkün olmadığını vurğulayır və klinik sınaqların vacibliyini qeyd edirlər. Digərləri isə oral peyvəndlərin perspektivli ola biləcəyini desə də, layihənin təqdimat və təşviq üsullarına şübhə ilə yanaşırlar.
Kris Bak risk etdiyini etiraf edir və peyvəndin FDA tərəfindən təsdiqlənməsi üçün çalışacağını bildirir. O, həmçinin mayalı peyvəndi bazara qida əlavəsi kimi çıxarma ehtimalını da nəzərdən keçirir. Bu sahədə tələblərin klinik peyvəndlərə nisbətən daha yumşaq olduğu qeyd olunur.
20:28 / 02 Oktyabr 2026
13
20:18 / 02 Oktyabr 2026
32
20:16 / 02 Oktyabr 2026
27
20:10 / 02 Oktyabr 2026
34
19:59 / 02 Oktyabr 2026
42
19:57 / 02 Oktyabr 2026
123
19:47 / 02 Oktyabr 2026
64
19:39 / 02 Oktyabr 2026
83
19:36 / 02 Oktyabr 2026
75
19:29 / 02 Oktyabr 2026
70
19:27 / 02 Oktyabr 2026
61
19:22 / 02 Oktyabr 2026
56
19:08 / 02 Oktyabr 2026
125
19:00 / 02 Oktyabr 2026
65
18:59 / 02 Oktyabr 2026
84
18:42 / 02 Oktyabr 2026
60
18:39 / 02 Oktyabr 2026
75
18:36 / 02 Oktyabr 2026
62
18:25 / 02 Oktyabr 2026
114
18:10 / 02 Oktyabr 2026
162
18:10 / 02 Oktyabr 2026
603
17:59 / 02 Oktyabr 2026
68
17:57 / 02 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.