Bu gündən etibarən qüvvəyə mindi:1il müddətinə belə OLACAQ
01 Avqust 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1138
15.01.2026, 18:42
Bəzən tarixdə elə hadisələr olur ki, onu hər gün xatırlamağa və xatırlatmağa dəyər.
Məsələn ermənilərin nankor olduğunu sübut etmək üçün arxiv açmağa , sənəd toplamağa ehtiyac yoxdu. Elə Çar Rusiyası köçəri hay taborlarını Qafqaza köçürəndən (1813-28-ci ildərdən) bu günə qədər məşhur rusiyalı yazıçı və diplomat Aleksandr Qriboyedov qədər ermənilərə dəstək verən, onları özününkü hesab edən olmayıb. Ermənilərin problem məsələlərini öz şəxsi məsələsi kimi həll etməsini başqa bir qeyri erməni millətindən olan heç bir şəxs Qriboyedov qədər canfəşanlıq etməyib. Ermənilər bu yaxşılıqların qarşısında Qriboyedov qarşı nə etdilər, indi onu da diqqətinizə çatdırırıq.
Oxu24.com xəbər verir ki, 1795-ci ilin bu günü - yanvarın 15-də Moskvada zadəgan ailəsində doğulan Qriboyedovun əcdadları əslən Polşadan idilər. O, dövrü üçün yüksək təhsil alıb və 1806-cı ildə 11 yaşı olarkən Mosva Universitetinə daxil olub. 1812-ci ildə Napoleonun Rusiya yürüşü zamanı ordu sıralarına qoşulan Qriboyedov 1815-ci ildən diplomatik fəaliyyətlə məşğul olur. O 1818-ci ildə ABŞ-a gedən Rusiya missiyasına qoşulmaqdan imtina edir və İrandakı Rusiya səfirliyinin katibi postuna təyinat alır. Bundan sonra o tez-tez Tbilisiyə gəlir və regionda Rusiya İmperiyasının işğalçılıq siyasətinin planlaşdırılmasında aktiv iştirak edir. 1825-ci ilin mayında isə Qriboyedov diplomatik fəaliyyət üçün Qafqaza qayıdır. 1826-1828-ci il Rusiya-İran müharibəsində aktiv iştirak edir. Hətta İrəvan qalası 1827-ci il oktyabrın 1-də Rusiya ordusu tərəfindən işğal olunan zaman isə döyüş əməliyyatlarında aktiv iştiraka görə, ona “İrəvanın alınmasına görə” medalı təqdim olunur.
1828-ci il fevarlın 10-da imzalanmış Türkmənçay Müqaviləsinin hazırlanmasında iştirak edir. 16 maddəlik müqavilənin bir sıra müddəaları məhz onun təklifi ilə tərtib olunur. Xüsusən, müqavilənin İran hakimiyyətindən yerli ermənilərin Rusiya İmperiyasının nəzarəti altında olan ərazilərə, xüsusən Qafqaza maneəsiz köçməsi barədə 13-cü maddəsi məhz Qriboyedov tərəfindən əlavə olunub 1828-ci ilin aprelində Aleksandr Qriboyedov artıq səfir kimi İrana göndərilir.
Qriboyedovun ermənilər uğrunda ölümü
Azərbaycan əhalisinə həm maddi, həm də mənəvi zərbələr vurub. Orta Şərqdə çox zəngin kitabxana sayılan, Şah İsmayılın oğlu Şah Təhmasibin və xüsusilə nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının toplandığı Ərdəbil Darülirşad -Şeyx Səfiəddin kitabxanası Qriboyedovun başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə Rusiyaya göndərildi. Burada toplanmış əlyazmaların bir hissəsi parqament üzərində, digərləri kağız üzərində miniatür boya sənətinin inciləri olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi. Tarixçilərin yazdığına görə, Tiflisdə Abbasqulu Ağa Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu hazırladıqdan sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar içərisində Abbas Mirzənin taxtı, iranlı ustaların əli ilə tökülmüş 7 top və Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.
Bundan başqa Qriboyedovun şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının başçısı erməni Mirzə Yaqubu (Markaryanı) öz himayəsinə götürməsi, baş vəzir Allahyar xanın evindən iki erməni qadınını sorğu aparmaq adı ilə səfirliyə gətirərək hətta şahın da xahişini rədd edərək geri qaytarmaması və digər hərəkətlər şəhər əhalisinin hiddətinə səbəb olur.
Mənbələrdə bildirilir ki,Tehranın ruhani başçısının çağırışı ilə yüz mindən artıq əhali Qriboyedov və onun dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplanır. Qriboyedovun əmri ilə gözətçilər dinc əhaliyə atəş açır və bunun nəticəsində çoxlu sayda insan yaralanır. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü əhalinin səbr kasasını daşdırır. Onlar binaya daxil olaraq Qriboyedovu və 53 nəfər səfarətxana sakinini (onların 15 nəfəri erməni idi) öldürürlər. Qriboyedovun və digər iki rusun atlara bağlanılan cəsədləri üç gün paytaxt küçələrində sürüdülmüşdür və yalnız dördüncü günü bir neçə erməni şəhərin kənarına tullanmış cəsədləri xəlvətcə dəfn edirlər”.
Qriboyedova qarşı erməni nankorluğu
2019-cu il dekabrın 2-də İrəvanda tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edildi. Bu hadisəni Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri, faşist əlaltısı Njdenin ideologiyasının davamçısı Şant Arutunyanın oğlu, milliyyətçi olaraq tanınan Şaqen Arutunyan törətdi. O, əvvəlcə “Facebook” səhifəsində belə yazıb: “Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”.
Nankor ermənilərin Qafqazda torpaq sahibi olmaları üçün canından keçmiş rusiyalının abidəsinə qarşı təhqiredici addım bizi təəccübləndirmədi.
Əntiqə Rəşid
12:05 / 01 Avqust 2026
54
12:01 / 01 Avqust 2026
105
11:59 / 01 Avqust 2026
24
11:58 / 01 Avqust 2026
34
11:37 / 01 Avqust 2026
51
11:30 / 01 Avqust 2026
54
11:16 / 01 Avqust 2026
55
11:13 / 01 Avqust 2026
52
10:55 / 01 Avqust 2026
59
10:30 / 01 Avqust 2026
60
10:05 / 01 Avqust 2026
58
10:01 / 01 Avqust 2026
72
09:45 / 01 Avqust 2026
66
09:30 / 01 Avqust 2026
78
09:06 / 01 Avqust 2026
73
09:03 / 01 Avqust 2026
86
09:01 / 01 Avqust 2026
83
08:59 / 01 Avqust 2026
99
23:59 / 31 İyul 2026
137
23:36 / 31 İyul 2026
155
23:10 / 31 İyul 2026
149
22:45 / 31 İyul 2026
174
22:32 / 31 İyul 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.