Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
630
14.01.2026, 22:21
2014-cü ildən bu yana ana dilimizin islahatlara ehtiyacı olduğunu düşünürdüm.
Həmin il ilk söz olan elm sözünün yerli və milli qarşılığını tapmışdım. Artıq, 2017-ci il olanda isə ilk dəfə olaraq, 3 hekayə, Azərbaycanşünaslıq elmi və digər yazılarımı təmiz və saf Azərbaycan Dilində yazmışdım.
Bir il sonra 2018-ci ildə 100 sözdən ibarət ilk lüğətimi hazırlamışdım. 2019-2025-ci illər ərzində iri həcmli əsərləri qələmə almağa başlamış, bu dili daha da çox inkişaf etdirməyə çalışmışam. Bu illər də "Tanrıya diləyim" ("Tanrıya arzum") adlı iri həcmli nəzm-nəsr əsərimi heç bir alınma söz olmayan dilimizdə yazmışam. 2019-2020-ci illərdə müxtəlif iri həcmli şeirlər silsiləsini yazmış və gələcək illər də nəşr etməyi düşünürəm. Keçən ilin avqust ayından başlayaraq, "37-lər" faciə əsərimi də qələmə almağa başlamışam.
Bir çox terminləri ana dilimizin sözləriylə əvəz etmişəm. Dram-Gərilməcə, Komediya-Güldürməcə və Faciə-Öldürməcə sözləri ilə yanaşı Ədəbiyyat-Ərdəmçilik, Şeir-Yır, Drama-Canlanıq, Ssenari-Canlandırıq, dil terminlərinə misal olaraq, İsim-Adlanış, Sifət-Adabağlı, Əvəzlik-Adyerinə, Zərf-Edəbağlı, Fel-Edici, texniki terminlərə isə misal olaraq da, Televizor-Baxmanc, Radio-Eşitmənc, Telefon-Danışmanc, Bilgisayar-Kompüter, ictimai binalara misal olaraq, Poçt-Yazqı Evi, Məktəb-Oxul, Universitet-Üst Oxul, Kafe-Çay Evi, Restoran-Yemək Evi, Hotel-Qonaq Evi, Teatr-Canlanıq Evi, Kinoteatr-Canlandırıq Evi, siyasi terminlərə misalımız isə aşağıdakılardır: Siyasət-Yönətiş, Dövlət-El, Xalq-Gün, Millət-Ulus, Prezident-El Başçısı, Nazir-Baxan və s. yenilikləri sizin diqqətinizə çatdırmaqla, 12 illik bir dilçilik mübarizəmi aparmışam, aparıram və aparacağam.
Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının keçən ilki 80 illik yubileyində çıxış edən cənab prezidentimiz İlham Əliyev mühüm məsələlərə toxunub. Mənə dilçilik haqqındakı çıxışı əlavə güc verib. Həmin çıxışa toxunaraq, yaza bilərəm ki, çox təəssüflər olsun ki, dil məsələsində bir qədər geridə qalmışıq. Uzun əsrlərdən bəri davam edən dilimizin alınma söxlərlə çırklənməsi ilə yanaşı həm də ki, sovet dövründən qalma qrammatika yəni ki, dilin quruluşu bəzi hallarda müasir və millilik dövrünün tələblərinə cavab vermir. Məsələn: Tanrı, Şəhid, Millət, Dövlət, Bayraq, Ordu, Əsgər, Namus və Himn sözləri cümlənin istənilən yerində baş hərfi böyük yazılsa əla olardı. Çünki, bu sözlərin hər biri bizim üçün müqəddəs sözlərdən bir neçəsidir.
Azərbaycan Dili qədim Türk Dillərindən biridir. Bu dildə hələ e.ə. III əsrdə qədim dövlətimizin Parfiya dövlətinin qurucusu I Ərsak tərəfindən kəsilən sikkədə qədim Türk dilində kaan yəni xan sözü həkk edilib. Ondan qabaq isə Azərbaycandan köçən sümərlərin, elamlıların. hetlərin və arattalıların dilləri ilə yanaşı, bizə qonşu olan və ya qonşu olmayan Türk dillərindən, dialektimizi və söz quruculuğunun köməyi ilə dilimizi daha da çox inkişaf etdirə bilərik. Bunu da unutmamalıyıq ki, hər şey dilimizdən başlayır. Dil Namusdur, dil Vətəndir, dil Dövlətdir və dil Millətdir. Dilimizə qarşı laqeyd olsaq, prezidentimizin dediyi kimi dilimiz ədəbi dildən məişət dili səviyyəsinə enə bilər.
İmza: Ceyhun Ərmən Vedili
00:05 / 13 May 2026
60
00:02 / 13 May 2026
38
23:59 / 12 May 2026
1939
23:54 / 12 May 2026
213
23:50 / 12 May 2026
137
23:43 / 12 May 2026
228
23:40 / 12 May 2026
44
23:31 / 12 May 2026
45
23:27 / 12 May 2026
40
23:25 / 12 May 2026
43
23:22 / 12 May 2026
54
22:47 / 12 May 2026
136
22:38 / 12 May 2026
73
22:20 / 12 May 2026
64
21:59 / 12 May 2026
73
21:54 / 12 May 2026
82
21:37 / 12 May 2026
102
21:15 / 12 May 2026
95
20:55 / 12 May 2026
85
20:44 / 12 May 2026
176
20:42 / 12 May 2026
89
20:39 / 12 May 2026
87
20:36 / 12 May 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.