Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ
14 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2062
14.01.2026, 13:34
“Hələ sovet dövründə, sovet təbliğatı ilə biz ermənilərə “qardaş” deyəndə, onlar bizdən nifrət edirdi. Xatırlayırsınız, 8 sentyabr 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılmasını? Belə bir fakt İrəvan şəhərində azərbaycanlılar tərəfindən baş verdimi?Yox! Çünki biz terrora nifrət edən bir xalqıq”
Bu fikirləri Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru Ermənişünas alim İsmayıl Tanrıverdi Oxu24.com-a açıqlamasında bildirib.
” İki gündür, ermənilərin yenə də yalan dolu “ah -naləsi”, timsah göz yaşlarına bənzər “ağlaşması” həm sosial şəbəkələrdə, həm də media üzərindən bitmək bilmir. Sosial şəbəkədə ən çox qarşımıza çıxan paylaşımlar ancaq ermənilərin xalqımıza və ümumilikdə türklərə olan nifrətidir . Deputatlar, politoloqlar, universitet müəllimləri, blogger və jurnalistlər bir ağızda xorla oxuyurlar ki, Bakıda 1990-cı ilin yanvarında ermənilərə işgəncələr verilib, öldürülüb. Biri deyir, “qırğınlarda” 90 nəfər ölüb, digəri yazır ki, “qırğınlarda” 100-300 nəfər ölüb. Xüsusən, tarixçi Arşaluis Zurabyanın paylaşımına qəzəbim tutdu. Bir tarixçi niyə bu qədər yalançı olsun? Erməni tarixçi paylaşımında daha sonra qeyd edir ki, bu ermənilərin 20-ci əsrdə (1905, 1918, 1990) Bakıda 3-cü qətliamı idi, bundan sonra ermənilər tamamilə Bakıdan məhrum edildi.
Tarixçi, yəni, bilmir ki, 1905-ci ildə də, 1918-ci ildə də, 1990-cı ildə də azərbaycanlılara işğəncə verəndə , onları öldürən də erməni terrorçu cəza dəstələri olub? Tutaq ki, Zurabyan 1905-ci, 1918-ci illərdə nələr baş verdiyinin şahidi olmayıb, bilmir, heç oxumayıb, öyrənməyibdə. Bəs gözləri qarşısında baş verən 1990-ci illərdən əvvəlki hadisələri niyə unudur?
1988-ci-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların başına gətirilən oyunları görməzdən gəlmək nə tarixçiyə, nə ziyalı adı daşıyana xeyir gətirməz, bu “görməzlik” faktı elə siyasi fahişəlikdir.
1988–1989-cu illərdə Qərbi Azərbaycanda (İndiki Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Nəhayət ermənilər murdar arzularını həyata keçirə bildilər. Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi. Həmin müsibətli günlərdə təkcə Ermənistanda 216 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirdiniz. Hələ nə yaxşı ki, dəmir borulara yığıb hər iki tərəfini qaynaq etdiyiniz aazərbaycanlı uşaqların cəsədlərin fransızlar tapdı. Yoxsa, onu da “türklərin provakasiyası” adlandıracaqdınız. Evlərimiz yağmalandı, sizin gözünüz qarşısında, qadınlarımız aşağılandı, kişilərimiz işgəncələrə məruz qaldı.
Ermənistandan 3 dəfə Azərbaycanlılar deportasiya olub. sonuncu 1988-89-cu ildə baş verib ki, artıq bu deportasiyadan sonra orda 1 nəfər azərbaycanlı qalmayıb. Məncə, bu proseslərin qarşısında Bakıda əgər 90 nəfər öldürülübsə, (bu təbii ki yalan rəqəmdir) deməli hələ az öldürülüb",-deyə o bildirib.
Əntiqə Rəşid
21:11 / 14 Noyabr 2026
1
21:04 / 14 Noyabr 2026
25
21:02 / 14 Noyabr 2026
49
20:56 / 14 Noyabr 2026
59
20:50 / 14 Noyabr 2026
70
20:38 / 14 Noyabr 2026
75
20:23 / 14 Noyabr 2026
635
19:54 / 14 Noyabr 2026
81
19:50 / 14 Noyabr 2026
87
19:36 / 14 Noyabr 2026
1314
19:15 / 14 Noyabr 2026
121
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
114
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
818
18:09 / 14 Noyabr 2026
134
18:06 / 14 Noyabr 2026
562
18:03 / 14 Noyabr 2026
113
17:18 / 14 Noyabr 2026
226
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.