Qaynar xətt:

(+99450) 247 90 86

Bizim dağlar kimi...  

news/2025_12_30/fotolia_15044576_s_1767108489.jpg

CƏMİYYƏT

54

30.12.2025, 19:22

Bir yəhudi atalar sözündə deyilir ki, hər saqqalı olan ravvin, yəni molla olmaz... Eyni fikir Azərbaycan atalar sözündə öz ifadəsini belə tapıb: “Hər oxuyan Molla Pənah Vaqif ola bilməz”. 

Böyük Yaradana, uca Allaha eyni düşüncəylə bağlı olan xalqların həyata, ilahi dəyərlərə olan münasibətləri də eyni nöqtədə birləşir. 

Bu baxımdan səmimi və xeyirxah şəxsiyyət olan Oleq Yusupov haqqında da demək olar ki, hər dünyaya gələndən Oleq Yusuppov ola bilməz. Onun bir özəlliyi də var ki, bizlərə, yəni hər bir Azərbaycan insanına, bir köynək daha yaxındı. Çünki tolerantlıq məskəni doğma Quba şəhərimizdə dünyaya göz açıb. Xalqlarımız yaxın və doğma olub. Eyni taleyi yaşamışıq. Süfrəmiz bir olub.

Qədim yəhudilərin tarixi və onların dininin təşəkkülü barədə məlumatı Bibliyadan, daha doğrusu Bibliyanın Əhdi-Ətiq hissəsindən alırıq. Bibliyaya daxil olan bütün səmavi kitablarda Allahın birliyi ideyası öndə gəlir. Nəql olunur ki, Yəhva, yəni uca Yaradan qüdrətli və hər şeyə qadirdir. O, bəndəsi Əyyubu imtahana çəkir. Hər şeyini əlindən alır. Əyyub səbr edir, dözür. İnamını və imanını itirmir. Allah onu bağışlayır. Əlindən aldığı hər şeyi artıqlamasıyla onun özünə qaytarır. 

Bu sətirləri yaza-yaza düşünürəm ki, xeyirxah, qədirbilən dost-qardaş olan Oleq Yusupov da həyatın çətin sınaqlarından hədsiz dözümü, inam və imanıyla çıxıb. Hər bir çətinliyə ləyaqətlə sinə gərib. Taleyə inanıb. Səmavi kitab olan Tövratın təlqin etdiyi yaxşılıq, insanlıq yoluyla gedib. Lap erkən yaşlarından anlayıb ki, yəhidi kasıb və yaxud zəngin ola bilər, amma həmişə gülümsəməlidir. Çünki yəhudilər şüuraltı olaraq həmişə xeyirxah əhval-ruhiyyəni hiss edilir, isanla salamlaşmaq, yəni xoşniyyətli olduqlarını büruzə verirlər. 

Oleq Yusupov ta gəncliyindən yəhudi ənənələrini bir dərslik kimi mənimsəyib. Yəhudi ənənəsində isə lap başdan təlqin edilir ki, “nə olursa olsun, dodaqlarınızı hər şey yaxşılıq etmək üçündür deməyə öyrədin. Sizin üçün çətin olacaq, bir gündə hər şeyi itirə bilərsiniz, ancaq hər şeyin ən yaxşısı olacağını başa düşməlisiniz...” Yəni inamlı olmalısınız. Hələ 19-cu əsrdə yaşayıb-yaratmış yəhudi ravvin Tsemax-Tsedek yazırdı ki, mənim əziz yəhudi millətim, pozitiv, yəni xoş düşünün, inanın ki, hər şey yaxşı olacaq...

Tarixi məxəzlərdə sual olunur: “Niyə yəhudilər, istənilən vəziyyətdə, hətta ən çətin, ən ümidsiz vəziyyətdə belə sağ qala bildilər?” Cavab sadədi: “Çünki onların daxili və əyilməz iradəsi, hər zaman kömək edən ən yaxşıya inamı var”.

Yəhudi insanı gözəl bilir ki, ən yaxşısına inanmasanız, addımlarımızın uğura aparacağına inamınız yoxdursa, uğur qazana bilməyəcəksiniz.

Oleq Yusupov yəhudi, qanununun bu ədəbi həqiqətini yetərincə mənimsəyib. Uğura aparacaq yolun səmtini tutub, öz işlərində halallığa, xeyirxahlığa güvənib. Biznesini bu istiqamətdə qurub. Lap gənclik illərindən ata-babalarının vaqif olduqları bilgiyə sahib çıxıb. Bilib ki, yəhidilər həmişə yaxşı pul qazana biləcəkləri biznes sahələrini tapa biliblər və həmişə bu sahədə birinci olublar... 

Moşe ben Masimo “Kim varlı sayıla bilər?” sualına belə cavab verir: “o kəs varlı sayıla bilər ki, malik olduğu, əldə etdikləri ilə xoşbəxtdirlər”. Yəni artığını istəməyənlər, əldə etdiklərinə qane olan kəslər xoşbəxt insanlardır. 

Oleq Yusupov xarakter etibarı ilə belə xoşbəxtlərdəndir. Onun üçün qismət, Allahın lütfü ilə əldə olunan səadət ən böyük qazancdır. Yaxşılıq duyğusu, xeyirxahlıq hissi bu qazanc üzərinə daha artığını gətirir. Oleq üçün bir qəlbi sevindirmək, bir əli tutmaq, qayğı göstərmək dünyanın ən böyük savabı, insanlığın dəyər ölçüsüdür. Oleq Yusupov öz dədə-baba adətləri üzrə ona edilən yaxşılığı heç vaxt unutmur, Xeyirxahlıq onun başlıca məziyyətidir. Doğulub boya-başa yetıdiyi Quba şəhərini heç vaxt unutmur. Böyükləri ilə dost olmuş Azərbaycan insanına xüsusi diqqəti, qayğıkeşliyi var. O, yaxşılığı minnət qoymnadan, əvəz istəmdən edən insanlardandı. Öz yaxşılığı, xeyirxahlığı və xoş niyyətilə açar üz tutduğu ünvanların qapısını. Xarakteri, təbiəti ilə bizim əziz Quba dağlarının xeyirxah, bərəkətli aləmini yaşadır özündə. Əhatəsində yaşadığı, tanıdığı və sirdaşıdı. 

Bizim dağlar kimi vüraqlıdı o, 

Ruhu, düşünsəci Qubadan gəlir. 

Vətən torpağının bir parçasıdır, 

Haqqında yazıram, ruhum dincəlir. 

Oleqlə dostluğun sevinci özgə, 

Varlığı bir qardaşvarlığı kimi... 

Adını qəlbimin hər guşəsinə

Yazıram qardaşlıq varlığı kimi. 

Anar Rüstəmov