Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
22456
05.11.2025, 12:07
Qeyd etdiyimiz kimi,Ramiz Mehdiyevə bağlı olan şəxslərin siyahısında keçmiş deputat,hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var.Bu mövzuda yayılan xəbərlərdən sonra Gültəkin Hacıbəyli özünü təmizə çıxarmaq üçün müxtəlif tip təzadlı açıqlamalar verib.O,şəxsi facebook profilində barəsində yayılan xəbərlərin yalan olmasını qeyd etsə,də reallıq və əldə olan faktlar bunun əksini deməyə əsas verir.
Bəs,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə necə “dostlaşıb” və bunun müqabilində nələrə nail olub?
Oxu24.com bunlarla bağlı özəl mənbədən səhih məlumatlar əldə edib.
Məlum olub ki,Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki,G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu,əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib.
Oxu24.com-un əldə etdiyi faktlardan görünür ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib.Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar əldə edib.
Söhbət Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sirr deyildir.Bu həm sənədlərlə,həm də,həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır.El arasında da sözügedən tikililər “Ramiz Mehdiyevin evləri” adlandırılır.Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir.
Məlum olur ki, R.Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədi ilə bina tikilən ərəfədə,2005-ci ildə ona iki mənzil həddiyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da,evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir.Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır.Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir.Əldə etdiyimiz məlumata görə,G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.
Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır.
Oxu24.com sözügedən binanın hansı şirkət tərəfindən inşa edilməsi barədə faktlar da əldə edib.
Araşdırmamız zamanı məlum oldu ki,bina 2005-ci ildə “Topaz MTK” tərəfindən inşa edilib. Mətbuatda yayılan xəbərlərdə sözügedən MTK-nın də Ramiz Mehdiyevə məxsus olduğu qeyd olunur.Bina 2017-ci ilə qədər “Topaz MTK” nın idarəçiliyində olub.2017-ci ildən isə kompleks “Nəsimi 11 MMMC (red- mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) tərəfindən idarə olunur.
Onu da qeyd edək ki, Gültəkin Hacıbəyli Azərbaycan Respublikası Milli Məclisinin (II və III çağırış) deputatı olub.Bu isə 2000-2010 -cu illəri əhatə edir.Mənzillərin də ona deputat olduğu zamanda verildiyi bir daha sənədlərlə və tarixlərlə təsdiqlənir.
19:09 / 15 Noyabr 2026
1
18:40 / 15 Noyabr 2026
57
18:05 / 15 Noyabr 2026
98
17:53 / 15 Noyabr 2026
721
17:43 / 15 Noyabr 2026
521
17:16 / 15 Noyabr 2026
438
17:12 / 15 Noyabr 2026
2133
17:09 / 15 Noyabr 2026
93
15:50 / 15 Noyabr 2026
112
15:25 / 15 Noyabr 2026
142
15:15 / 15 Noyabr 2026
136
14:47 / 15 Noyabr 2026
185
14:34 / 15 Noyabr 2026
371
14:25 / 15 Noyabr 2026
152
14:19 / 15 Noyabr 2026
130
14:02 / 15 Noyabr 2026
511
13:27 / 15 Noyabr 2026
381
12:55 / 15 Noyabr 2026
1757
12:36 / 15 Noyabr 2026
425
12:28 / 15 Noyabr 2026
177
12:11 / 15 Noyabr 2026
155
11:52 / 15 Noyabr 2026
228
11:43 / 15 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.