Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
566
28.11.2025, 20:00
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdiyi monitorinqi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən "Bestoll Lüks" MMC-yə məxsus "Kəndli" bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Oxu24.com-a Agentlikdən verilən məlumata görə, bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Bundan başqa, müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı aşkar olunub. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi müəyyənləşib. Eyni zamanda, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib.
Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib.
Sahibkara icrası məcburi göstərişlər verilib.
Faktla bağlı araşdırmalar davam edir.
21:07 / 15 Noyabr 2026
68
20:58 / 15 Noyabr 2026
124
20:55 / 15 Noyabr 2026
61
20:44 / 15 Noyabr 2026
123
20:39 / 15 Noyabr 2026
73
20:30 / 15 Noyabr 2026
87
20:09 / 15 Noyabr 2026
281
19:51 / 15 Noyabr 2026
308
19:37 / 15 Noyabr 2026
105
19:17 / 15 Noyabr 2026
116
19:09 / 15 Noyabr 2026
108
18:40 / 15 Noyabr 2026
123
18:05 / 15 Noyabr 2026
143
17:53 / 15 Noyabr 2026
1874
17:43 / 15 Noyabr 2026
758
17:16 / 15 Noyabr 2026
640
17:12 / 15 Noyabr 2026
3537
17:09 / 15 Noyabr 2026
119
15:50 / 15 Noyabr 2026
131
15:25 / 15 Noyabr 2026
167
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
422
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.