Pensiyalar nə qədər artırılacaq? - Millət vəkili
05 Dekabr 2025, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
465
28.11.2025, 17:08
Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb. Belə ki, ötən gün Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və Milliön telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modeli olan “Qayıt İş” layihəsi yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək, köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək məqsədi daşıyır. Sadiq Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin göstəriləcəyini vurğulayıb.
Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. “Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq. Füzulidə m10 və Milliön telesatış xidmətləri üçün yeni ofisin açılışını etdik. Ən əsası odur ki, ofisdə çalışan gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə, məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır”.
Həmçinin oxuyun
Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və Milliön brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
11:36 / 05 Dekabr 2025
1
11:33 / 05 Dekabr 2025
23
11:17 / 05 Dekabr 2025
249
11:14 / 05 Dekabr 2025
30
11:00 / 05 Dekabr 2025
96
10:52 / 05 Dekabr 2025
30
10:46 / 05 Dekabr 2025
43
10:44 / 05 Dekabr 2025
32
10:34 / 05 Dekabr 2025
182
10:30 / 05 Dekabr 2025
222
10:18 / 05 Dekabr 2025
38
10:15 / 05 Dekabr 2025
35
10:13 / 05 Dekabr 2025
67
10:10 / 05 Dekabr 2025
43
09:35 / 05 Dekabr 2025
802
00:28 / 05 Dekabr 2025
94
00:24 / 05 Dekabr 2025
106
00:20 / 05 Dekabr 2025
78
00:17 / 05 Dekabr 2025
98
00:11 / 05 Dekabr 2025
72
23:54 / 04 Dekabr 2025
527
23:46 / 04 Dekabr 2025
2275
23:22 / 04 Dekabr 2025
84
23:18 / 04 Dekabr 2025
328
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.