Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
732
28.11.2025, 13:49
Ölüm hökmü hər zaman sirli, danışılan bir qərar olub. Azərbaycanda 30 ilə yaxındır ləğv olunan bu qərar bir zamanlar dəhşətlə icra olunurdu. Bəs, Azərbaycanda ölüm hökmünə məhkum olunan insanlar necə öldürülülrdülər? Hansı üsulla? Onlar harada saxlanırdılar?
Azərbaycanda barəsində ölüm hökmü çıxarılan cinayətkarlar Bayıl təcridxanasının 5-ci korpusunda güllələnirdilər. 1923-93-cu illər ərzində yüzlərlə Azərbaycan vətəndaşının yolu «ölüm kamerası»ndan keçib. Orada sonuncu güllə səsləri 1993-cu ilin fevralında eşidilib.
O zaman qüvvədə olan təlimata əsasən, Bayıl həbsxanasına gətirilən güllələnəcək cinayətkarlara öncə əfv edilmələri barədə müraciət yazmaq təklif olunurdu. Əfvlə bağlı ərizə yazılandan sonra Respublika Prokurorluğuna göndərilməli idi. Prokurorluq da öz növbəsində həmin müraciəti əvvəlcə respublikanın Ali Sovetinə, sonra isə SSRİ Ali Sovetinə göndərməli idi. Müraciətə baxılana qədər məhbus «Bayıl»dakı 5-ci korpusda qalmalı idi. Bütün SSRİ məkanında barələrində ölüm hökmü çıxarılan məhkumlar adətən təkadamlıq kameralarda saxlanılırdılar. Onlara yaxınları ilə görüşə, habelə gəzintiyə çıxarılmırdılar. Yalnız sutkada bir dəfə ayaqyoluna aparıla bilərdilər.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov Modern.az-a bildirib ki, güllələnmə qərarı icra olunmazdan əvvəl birinci növbədə məhkumun bağışlanma ərizəsini yazmaq hüququ var idi.
“Məhbus özü savadsız olanda həbsxana rəsinin onun adından məktub yazmaq hüququ vardı. Ərizə yazılmadığı təqdirdə isə güllələnmə həyata keçirilmirdi, çünki, bu məhkumun hüququ idi.
Əfv ərizəsini yazmaqda məqsəd güllənmə hökmünün 20 illə əvəzlənməsi üçün idi. Əgər müsbət cavab gəlirdisə, məhkum güllələnmədən azad olurdu və ən yaxşı halda 20 il cəza çəkirdi”.
Keçmiş rəis deyir ki, SSRİ Ali Sovetinə göndəriləm ərizəyə mənfi cavab gəldikdən sonra hökm icra olunurdu. Əfvə mübət cavab verildiyi təqdirdə isə məhkumun cəzası 20 illə əvəz olunurdu.
Davamı TV11-də...
21:07 / 15 Noyabr 2026
282
20:58 / 15 Noyabr 2026
237
20:55 / 15 Noyabr 2026
83
20:44 / 15 Noyabr 2026
162
20:39 / 15 Noyabr 2026
85
20:30 / 15 Noyabr 2026
104
20:09 / 15 Noyabr 2026
309
19:51 / 15 Noyabr 2026
340
19:37 / 15 Noyabr 2026
113
19:17 / 15 Noyabr 2026
123
19:09 / 15 Noyabr 2026
114
18:40 / 15 Noyabr 2026
131
18:05 / 15 Noyabr 2026
144
17:53 / 15 Noyabr 2026
1913
17:43 / 15 Noyabr 2026
771
17:16 / 15 Noyabr 2026
653
17:12 / 15 Noyabr 2026
3719
17:09 / 15 Noyabr 2026
122
15:50 / 15 Noyabr 2026
133
15:25 / 15 Noyabr 2026
170
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.