DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?
20 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
28.11.2025, 10:19
Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.
Oxu24.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda təşkil edilən imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.
İmtahan prosesi VK və DİM-in birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.
Bu mərhələdə iştirak etmək üçün ümumilikdə 423 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub və keçid balı isə 60 olaraq müəyyən edilib.
İmtahanın nəticələri prosesin tamamlanmasının ardınca operativ şəkildə elan olunacaq və Azərbaycan Respublikası VK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.
Statistik göstəricilərə əsasən iştirakçıların 56%-i Bakı şəhərindən, 44%-i isə regionlardan qatılıb. Bu, regionlarda hüquqi yardımın əlçatanlığının artırılması və vəkil çatışmazlığının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Namizədlərin 11,7%-i xarici, 88,3%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb 54% göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə əsasən iştirakçıların 71%-i 40 yaşadək namizədlərdir. Bundan başqa, namizədlərin 31%-i qadın, 69%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2%-ni təşkil edir.
Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311 nəfəri (74%) özəl müəssisələrdə, 112 nəfəri isə (26%) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmələrdə, 17 nəfəri ədliyyə orqanlarında, 15 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 34 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
Beləliklə, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib.
Qeyd etmək istərdik ki, bu il 287 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 nəfər vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.
00:59 / 20 May 2026
110
00:41 / 20 May 2026
111
00:00 / 20 May 2026
93
23:34 / 19 May 2026
138
23:21 / 19 May 2026
132
23:12 / 19 May 2026
117
22:56 / 19 May 2026
187
22:46 / 19 May 2026
189
22:44 / 19 May 2026
311
22:26 / 19 May 2026
117
22:13 / 19 May 2026
117
21:58 / 19 May 2026
605
21:49 / 19 May 2026
114
21:35 / 19 May 2026
135
21:20 / 19 May 2026
103
21:09 / 19 May 2026
164
20:47 / 19 May 2026
117
20:47 / 19 May 2026
97
20:42 / 19 May 2026
101
20:38 / 19 May 2026
95
20:34 / 19 May 2026
97
20:31 / 19 May 2026
86
20:27 / 19 May 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.