Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
07 Avqust 2026, 00:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
555
26.11.2025, 10:33
SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.
Yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:
İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.
QR kod “SİMA İmza” tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.
Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.
İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz “SİMA İmza” tətbiqinə yönləndirilir.
İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya “Face ID” vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.
Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.
Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir – o, “SİMA İmza” ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.
Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmək kifayətdir.
00:28 / 07 Avqust 2026
179
00:17 / 07 Avqust 2026
117
00:12 / 07 Avqust 2026
44
00:02 / 07 Avqust 2026
126
23:56 / 06 Avqust 2026
60
23:54 / 06 Avqust 2026
248
23:27 / 06 Avqust 2026
32
23:27 / 06 Avqust 2026
46
23:07 / 06 Avqust 2026
62
23:05 / 06 Avqust 2026
59
22:49 / 06 Avqust 2026
74
22:32 / 06 Avqust 2026
73
22:20 / 06 Avqust 2026
66
22:04 / 06 Avqust 2026
72
21:43 / 06 Avqust 2026
74
21:12 / 06 Avqust 2026
215
20:59 / 06 Avqust 2026
82
20:44 / 06 Avqust 2026
85
20:34 / 06 Avqust 2026
67
19:59 / 06 Avqust 2026
67
19:37 / 06 Avqust 2026
78
19:30 / 06 Avqust 2026
94
19:09 / 06 Avqust 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.