Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
07 Avqust 2026, 00:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
25.11.2025, 17:28
Əvvəllər istirahət üçün kinoteatrlara üz tutsaq da, artıq istirahət anlayışımız da dəyişib. Belə ki, son illər kinoteatrlara gedənlərin sayında azalma müşahidə olunur.
Bəs kinoteatrlara marağın azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı sənətşünas Xəyalə Rəis Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son illər kinoteatrlarda bilet satışlarının azalması həm tamaşaçı davranışlarındakı dəyişikliklərlə, həm də kino sənayesindəki struktur problemlərlə bağlıdır.
Onun sözlərinə görə, bu problemlər kino bazarındakı boşluqlar, idarəetmə çatışmazlıqları və mədəni siyasətin qeyri-effektivliyindən qaynaqlanır:
"Texnologiyanın sürətli inkişafı insanların film izləmə vərdişlərini dəyişib. Artıq əksər tamaşaçılar evdə film izləməyə üstünlük verirlər. "Netflix", "Amazon" və yerli onlayn platformalar kimi "streaming" xidmətlərinin əlçatanlığı kinoteatrlara gedənlərin sayına birbaşa təsir göstərir. Bu tendensiyanın nəticəsi kimi kinoteatr zallarının doluluğu azalır, bilet satışları aşağı düşür və kommersiya baxımından dayanıqlılıq zəifləyir”.
Müsahibimiz qeyd edib ki, sosial şəbəkələrdə yayılan narazılıqlarda xüsusi olaraq dil məsələsi qabardılır. Tamaşaçıların fikrincə, filmlərin böyük qismi rus dilində nümayiş etdirilir. Dediyinə görə, orijinal dil (xüsusilə ingilis dili) seansları isə çox zaman ya az saydadır, ya da optimal saatlarda təklif edilmir:
“Xüsusilə gənc tamaşaçılar üçün bu, ciddi problemdir. Onlar filmləri orijinal dildə izləməyə üstünlük verirlər, lakin kinoteatrlardakı məhdud seçim auditoriyanı kinodan daha çox alternativ platformalara yönləndirir".
Xəyalə Rəis: Kino siyasətində sistemli dəyişikliklərə ehtiyac var
X.Rəis deyib ki, kinoteatrlar bilet qiymətlərini sərbəst şəkildə özləri müəyyənləşdirirlər və bazar şərtlərinə uyğun hərəkət edirlər. Kinoteatrlardakı qiymət siyasəti, seans seçimi və dil müxtəlifliyi ilə bağlı tənzimləyici mexanizmlərin olmaması da ciddi çatışmazlıqdır.
"Qanuni boşluqlar səbəbindən kinoteatr operatorları bu məsələlərdə tam sərbəst hərəkət edir və qərarlarını yalnız kommersiya maraqları üzərində qururlar. Nəticədə publik maraq, yəni hər kəs üçün kino əlçatanlığı diqqətdən kənarda qalır. Jurnalist araşdırmalarının bir qismi kinoteatrların bəzi hallarda real gəlirlərini tam açıqlamadığını, "gizli gəlir" mənbələri saxladığını iddia edir. Bu şəffaflıq çatışmazlığı kino sənayesinin sağlam inkişafına mane olur. Həm dövlət, həm prodüserlər, həm də ictimaiyyət yaranmış vəziyyəti düzgün qiymətləndirə bilmir", - deyə müsahibimiz əlavə edib.
Teatrşünas bildirib ki, kino siyasətində sistemli dəyişikliklərə ehtiyac var. Kinoteatrlardakı durğunluğun səbəbləri çoxşaxəlidir və təkcə "bilet satışı azalıb" ifadəsi ilə izah oluna bilməz. Burada söhbət kino bazarının, infrastrukturun və mədəni siyasətin sistemli problemlərindən gedir.
00:28 / 07 Avqust 2026
179
00:17 / 07 Avqust 2026
117
00:12 / 07 Avqust 2026
44
00:02 / 07 Avqust 2026
126
23:56 / 06 Avqust 2026
60
23:54 / 06 Avqust 2026
248
23:27 / 06 Avqust 2026
32
23:27 / 06 Avqust 2026
46
23:07 / 06 Avqust 2026
62
23:05 / 06 Avqust 2026
59
22:49 / 06 Avqust 2026
74
22:32 / 06 Avqust 2026
73
22:20 / 06 Avqust 2026
66
22:04 / 06 Avqust 2026
72
21:43 / 06 Avqust 2026
74
21:12 / 06 Avqust 2026
215
20:59 / 06 Avqust 2026
82
20:44 / 06 Avqust 2026
85
20:34 / 06 Avqust 2026
67
19:59 / 06 Avqust 2026
67
19:37 / 06 Avqust 2026
78
19:30 / 06 Avqust 2026
94
19:09 / 06 Avqust 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.