Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1042
20.11.2025, 13:00
Bakı şəhərində “Ada Fabrik” adı altında guya hər növ mebellərin sifarişi və satışı ilə məşğul olan dələduz dəstənin peyda olmasına dair məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, mebel fırıldaqçılarının toruna düşən Bakı şəhəri,Binəqədi rayonu,Xocasən qəsəbə sakini Azər Orucovun şikayəti əsasında Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları işin ilkin təhqiqatını tamamlayıb,istintaqa təhvil verib.
Bir daha xatırladaq ki,xüsusi ilə "tiktok" platformasında bu kimi hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek" profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və "İnstagram" (Bu linkədə)platformalarında paylaşılan elanlarda vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan səhifə adminləri bu yolla növbəti qurbanlarını tora salırlar.
Azər Orucov bildirib ki,sözügedən şəxslərin qurduğu tələyə düşüb.O,051 593 85 14 "WhatsApp" nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin təqdim etdiyi kart hesabına 750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y adlı şəxsə məxsusdur) ödəniş edib.

Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün hətta,nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.
"Sifarişi götürən şəxs telefon danışığı zamanı bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da eyni olduğu üçün onlara inandım. İşlətdikləri "whatsapp" hesabının profil şəklində də "Ada fabrik" sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə 750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxslər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə vətəndaş bildirib.
Şikayətçi onu da bildirib ki,Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində onun şikayəti nəsasında mebel fırıldaqçıları barədə aparılan işin təhqiqatı tamamlanıb.İş hazırda istintaq mərhələsindədir.Məhkəmənin qərarı əsasında kart sahiblərinin kimliyi bəlli olub.İşin əsas təşkilatçısı Məmmədov Tural Qoşqar oğlu isə istintaqdan yayınaraq Türkiyə Respublikasında gizlənib.O,Gədəbəy rayonunun Novoivanovka kənd sakinidir.
Hazırladı: Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.