Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
19.11.2025, 15:06
Qazax rayonu,Dəmirçilər kənd sakini Şirxan Vaqif oğlu Mahmudovun pensiyasının kəsilməsi barədə xəbər vermişdik.
Şirxan Mahmudov Oxu24.com-a müraciətində hərbidə əlillik aldığını və ona II qrup əlillik pensiyası təyin olunduğunu bildirmişdi.
Ş.Mahmudovun sözlərinə görə,5 il müddətinə həmin pensiyanı alsa da,sonradan kəsilib.Bərpasına cəhdlər etsə də,nəticəsiz qalıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə,Qazax rayon sakini 1994-cü il təvəllüdlü Mahmudov Şirxan Vaqif oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib.
Məsələ ilə bağlı TƏBİB Oxu24.com-un sorğusuna cavab verib.
TƏBİB-dən verilən məlumata görə,vətəndaş Mahmudov Şirxan Vaqif oğlunun müraciəti araşdırılıb.
" Araşdırmaya əsasən vətəndaşın onikibarmaq bağırsağın xorası diaqnozu ilə 2020-ci ilə qədər 5 il müddətinə təyin olunmuş əlillik dərəcəsi olub, əlillik müddəti bitdikdən sonra 2021-ci ildə yenidən göndəriş rəsmiləşdirilsə də Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən imtina edilib. Səbəb kimi "diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” qeyd edilib.
Vətəndaşla qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlanılıb və qeydiyyatda olduğu Qazax Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub.
14.11.2025-ci il tarixdə Ş.Mahmudov Qazax RMX-da müayinə olunub və tibbi sənədlərinə baxış keçirilib. Vətəndaşın hazırda sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermədiyindən Həkim Məsləhət Komissiya təqdim olunmaqdan imtina edilib",-deyə rəsmi açıqlamada qeyd olunub.
Hazırladı: Nigarxanım
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.