Elçin Qədimov dünyasını dəyişdi
08 Oktyabr 2026, 09:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5228
10.11.2025, 19:56
Bəzi alıcılar qablaşdırılmış ət məhsullarının rənginin “bir qədər dəyişdiyini” müşahidə etdikdə bunun keyfiyyətsizlik əlaməti olduğunu düşünürlər. Bəs bu, doğrudanmı belədir?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, qablaşdırılmış ət məhsullarında rəng fərqi çox vaxt təbii proses nəticəsində yaranır:
“Ətin rəngi onun tərkibindəki mioqlobin adlı zülaldan asılıdır. Mioqlobin oksigenlə təmasda olanda ətin üz hissəsi qırmızı, daha az oksigenlə təmasda olanda isə tünd qırmızı və ya açıq qəhvəyi çalarda olur. Bu hal ətin xarab olması anlamına gəlmir, sadəcə oksigenlə təmas səviyyəsinin fərqli olduğunu göstərir.”
Ekspertin sözlərinə görə, qablaşdırma növü, saxlanma temperaturu və işıqlandırma kimi amillər də ətin rənginə təsir göstərir:
“Əgər ət şəffaf qabda və ya vakuum şəraitində saxlanırsa, içəriyə az oksigen daxil olur və ət tünd rəngdə görünə bilər. Qab açıldıqdan bir neçə dəqiqə sonra hava ilə təmas nəticəsində rəngi yenidən açıq qırmızı olur. Amma ət pis qoxu verirsə, yapışqan hiss olunur və ya səthində selikli qat əmələ gəlibsə, bu, artıq xarab olmanın göstəricisidir.”
Asim Vəliyev onu da qeyd edib ki, ətin mənşə ölkəsi və ya gətirildiyi mənbə barədə məlumat bəzən etiketdə göstərilmir.
“Bu, məhsulun emal mərhələsindən və qanunvericiliyin tələblərindən asılıdır. Emal olunmuş və ya qarışıq ətlər (məsələn, kolbasa və soyudulmuş hazır məhsullar) bir neçə ölkədən gətirilən xammaldan hazırlanır. Bu halda istehsalçı “xammal bir neçə ölkədən gətirilmişdir” kimi ümumi qeyd yaza bilər. Təzə, emal olunmamış ətlərdə isə mənşə ölkəsi adətən göstərilməlidir. Hər iki halda məhsulun mənşəyi sənədlərlə izlənilir.”
Ekspert alıcılara məsləhət görür ki, qablaşdırılmış ət alarkən yalnız rənginə deyil, həm də qoxusuna, teksturasına və saxlanma şəraitinə diqqət yetirsinlər.
09:48 / 08 Oktyabr 2026
1
09:40 / 08 Oktyabr 2026
27
09:39 / 08 Oktyabr 2026
26
09:38 / 08 Oktyabr 2026
30
09:35 / 08 Oktyabr 2026
30
09:30 / 08 Oktyabr 2026
36
09:22 / 08 Oktyabr 2026
46
23:50 / 07 Oktyabr 2026
175
23:23 / 07 Oktyabr 2026
194
23:20 / 07 Oktyabr 2026
170
23:19 / 07 Oktyabr 2026
198
23:09 / 07 Oktyabr 2026
193
22:54 / 07 Oktyabr 2026
156
22:50 / 07 Oktyabr 2026
162
22:48 / 07 Oktyabr 2026
284
22:38 / 07 Oktyabr 2026
204
22:28 / 07 Oktyabr 2026
3473
22:27 / 07 Oktyabr 2026
139
22:00 / 07 Oktyabr 2026
170
21:53 / 07 Oktyabr 2026
112
21:47 / 07 Oktyabr 2026
4731
21:35 / 07 Oktyabr 2026
813
21:31 / 07 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.