Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini açıqladı

Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini açıqladı

CƏMİYYƏT

648

12.06.2019, 20:51

\"\" Son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılanı kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir. Bəzi şiş növləri arasında isə azalma və stabillik görünür. Məsələn, əvvəllər ən çox mədə xərçəngi ilə qarşılaşırdıq, amma son illər bu stabilləşib.
Oxu24.com xəbər verir ki, bunu məşhur onkoloq, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. “Baxmayaraq ki, mən özüm onkoloqam, bu sahənin mütəxəssisiyəm – deyə bilərəm ki, onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik”, - deyən komitə sədrinin sözlərinə görə, bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan genişmiqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur.