Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14458
az

Nazirlikdə nə baş verir? – Sensasion manipulyasiya

15:1412 İyun, 2019
863
CƏMİYYƏT
  • A
 
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”.

Oxu24.com  xəbər verir ki, bunu texnologiya üzrə mütəxəsis Osman Gündüz deyib. O, bildirib ki, bu gün Nazirlik rəsmisi Delta Telekom-un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib.

“Deltanın 70%-lik endiriminə Nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər.

Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal Delta Telekom-un Provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur.

Həm də aydınlaşdırdım ki, bu qurum tərəfindən hətta Nazir müavininə də endirimlə bağlı paketlər təqdim edilib”.

O. Gündüz deyir ki, nazirliyin isə dünənki açıqlamasında tamam fərqli mesajlar verilib: “Belə olan halda anlamıram ki bu dövlət qurumunda nə baş verir. Kimlərdir məlumatları Nazirdən gizlədən və ya manipulyasiya edən?

Hazırda real vəziyyət belədir: Biznes sektoru qiyməti endirmək, bazarı liberallaşdırmaq istəyir. Bununla bağlı rəsmi mövqe ortaya qoyub.

Bazarın 50%-ə nəzarət edən dövlət provayderlərinin tabe olduğu dövlət qurumu və eyni zamanda tənzimləyici qurum olan NRYTN isə, görünən odur ki, hələlik buna qarşıdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı