Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14454
az

"Mətbuatın alagöz dilbəri,yolun açıq olsun..." - Səfayə Əhmədovanın işdən çıxma səbəbi nədir?

14:2312 İyun, 2019
1481
CƏMİYYƏT
  • A
 
Xəbər  verdiyimiz kimi uzun müddətdir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətində çalışan Səfayə Əhmədova bu gün işdən çıxıb.

Oxu24.com -un əldə etdiyi məlumata görə, Nazirliyin  peşəkar  əməkdaşı  Səfayə  Əhmədova  bir  müddət  öncə  Səhiyyə  Nazirliyinin Mətbuat Xidmətinə  rəhbər  gətirilən  telejurnalist  Pərviz Abubəkirovla  yola getmədiyi  üçün   işdən  ayrılıb. Səhiyyə  Nazirliyinin  işdən çıxan  əməkdaşı bu haqda danışmasa da, əməkdaşımızın  əldə  etdiyi  məlumata  görə, Pərviz  Əbubəkir  vəzifəyə  gətirildiyi andan bir sıra  işçilərlə kobud  rəftar  edib.

Bəs  Səfayə  Əhmədova kimdir? O jurnalistlərin yaddaşında necə qalıb?

Oxu24.com xəbər verir ki, Səfayə  Əhmədova Ucar rayonunda  doğulub. Atası  dövlət qulluqçusu, anası  evdar qadın olub. Orta təhsilini Ucar rayon 2 saylı  orta məktəbində alıb. Məktəbi  bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetininin Filologiya fakültəsində təhsil alib. İkinci ali təhsilini isə İqtisad Universitetində Maliyyə fakültəsində alıb.  “Ekspress” qəzetində, “Samanyolu” Televiziyasının Bakı bürosunda, BURÇ FM  və “Space” radiolarında,  “Lider Media”  Holding-də işləyib. Son iş yeri  isə  Səhiyyə Nazirliyini Mətbuat xidməti olub. Ailəlidir, 2 övladı var.

Oxu24.com xəbər verir ki, Səfayə Əhmədova işlədiyi dövürdə mətbuatın ən yaxın dostlarından biri kimi yadda qalıb. Onun işdən çıxması xəbəri mətbuat nümayəndələri tərəfindən təəsüflə qarşılanıb.

Modern.az saytının əməkdaşı Gülşən  Rufqızı Səfayə  Əhmədovanın  işdən çıxarılması xəbərini paylaşaraq bu sözləri yazıb:  "Mətbuatın alagöz dilbəri,yolun açıq olsun.Qoydun bizi kriminalistin ümidinə.."

  



Asvision.az saytının əməkdaşı Aytən Zəhra da Səfayə Əhmədovanın işdən ayrılmasından təəssüflənən jurnalistlər sırasında yer alıb. O, paylaşdığı statusta "İşinin peşəkarı olan şəxslərin işdən çıxması doğurdan çox pis imiş... ən gözəl xəbərlərini gözləyirik", deyə qeyd edib.

 
Mediapress.az saytının əməkdaşı Kenul Aypara fikirlərini bu şərhlə bildirib: 

"Səhiyyə Nazirliyində işinin öhdəsindən layiqincə gələn bəlkə yeganə şəxsdir ki, bu gün qurumun mətbuat xidməti vəzifəsindən ayrıldı Safaya Axmedova. Əslində, heç də üzülmədim. O bataqlıqda belə birisinin qalmasına gərək yox idi. Uğurların davamlı olsun, gözəl insan! Sən çirkablığa yox, daha gözəl, təmiz məkanlara layiqsən!"

 


Yenigundem.az saytının əməkdaşı Təbriz Məhərrəmoğlu bu xəbərə belə reaksiya verib. "İşinin peşəkarı olan gözəl insan Safaya Axmedova yeni işlərində uğurlar."

 

Femida.az hüquq portalının əməkdaşı Miri Məcidli  bu xəbəri böyük təəssüflə paylaşdığını qeyd edib:

"Bu xəbəri böyük təəssüf hissi ilə bölüşürəm.Səfayə xanım ən məsuliyyətli mətbuat xidməti işçilərindəndir.Bu xanıma günün hansı saatında zəng etsəm də,cavab verirdi.Ən əsas jurnalistin informasiya almaq hüququnu təmin edirdi. Səfayə xanım vəzifəyə layiq insandı."

 
 
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı