Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərin müavinətləri artırıldı - Fərman

Bu şəxslərin müavinətləri artırıldı - Fərman

CƏMİYYƏT

704

10.06.2019, 18:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Prezident İlham Əliyev \"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, \"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:1. 1-ci hissədə \"40,0 (qırx)” sözləri \"60,0 (altmış)” sözləri ilə əvəz edilsin; 2. 1-3-cü hissədə \"22,0 (iyirmi iki)” sözləri \"33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin.