Qaynar xətt:

(+99450) 247 90 86

Bir şəxsə dərman almaq, müalicə etdirmək, zəruri ev əşyası bağışlamaq fitrədən sayıla bilərmi?

2019-06/1560016387_sedeqe_vermek_001.jpg

CƏMİYYƏT

729

08.06.2019, 21:53

\"\" İslam şəriətinə görə, fitrə zəkatı fəqir şəxsə yemək tədarük etmək niyyəti ilə verilir. Fitrə zəkatının məhz həmin bölgədə istifadədə olan qida növlərindən verilməsinin səbəbi də budur. Həmin qida növlərinin şəriətdə deyilmiş miqdarını yaxud onun pul ilə məbləğini fitrə zəkatı kimi vermək lazımdır. Fəqir şəxsin yeməkdən başqa ehtiyaclarını aradan qaldırmaq üçün ona fitrə zəkatı verilməz. Bunu xüms, zəkat, sədəqə kimi dini ödəniş növlərindən etmək lazımdır. Fəqir şəxsə fitrə zəkatı olaraq ya qidanın özü, ya da pul məbləği verilməlidir. Fitrə alan şəxsin bu pulu nəyə sərf etməsi isə öz ixtiyarındadır; əgər qidaya xərcləməzsə, fitrə verən şəxs bunun məsuliyyətini daşımır. Lakin qidaya xərcləməyəcəyini dəqiq bilirsə, gərək fitrəni ona verməsin