Qaynar xətt:

(+99450) 247 90 86

Əmisi oğlu ilə nişanlı olan qız dayısı oğluna qoşulub qaçıb

Əmisi oğlu ilə nişanlı olan qız dayısı oğluna qoşulub qaçıb

CƏMİYYƏT

862

07.06.2019, 21:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib. Oxu24.com -un əldə etdiyi məlumata görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.
Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblərmiş. Quşencə bələdiyyəsinin sədri Ramiz Ağayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib.
“Dəqiq deyə bilmərəm ki, qız əmisi oğluna məcburi verilmişdi, ya yox. Ancaq dayısı oğlunu sevdiyi bəlli oldu. Buna görə də iyunun 6-da dayısı oğlu ilə birgə qaçıb. Qızın ailəsi çox normal ailədir. Bütün kənd baş verən hadisədən şoka düşüb”.