Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda əmisi oğlu ilə nişanlı qız dayısı oğluna qoşulub qaçdı

İsmayıllıda əmisi oğlu ilə nişanlı qız dayısı oğluna qoşulub qaçdı

CƏMİYYƏT

1402

07.06.2019, 16:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib.
Oxu24.com xəbər  verir   ki, Azvision.az-ın xəbərinə görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.
Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblər. Quşencə bələdiyyəsinin sədri Ramiz Ağayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib. “Dəqiq deyə bilmərəm ki, qız əmisi oğluna məcburi verilmişdi, ya yox. Ancaq dayısı oğlunu sevdiyi bəlli oldu. Buna görə də iyunun 6-sı dayısı oğlu ilə birgə qaçıb. Qızın ailəsi çox normal ailədir. Bütün kənd baş verən hadisədən şoka düşüb”. Digər xəbərləri oxu:  \"Gecə saat 3-də onu telefonla tutmuşam...\" - Azərbaycanda ölən gəlininin əri+VİDEO