Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14246
az

Əlləri, ayaqları daim soyuq olanlar - Səbəblər, müalicə

15:2606 İyun, 2019
691
CƏMİYYƏT
  • A
Əlləri, ayaqları daim, hətta yayda da soyuq olan, buz bağlayan, üşüyən insanlar hansı həkimə gedəcəyəni bilmir. Çoxu hətta bu problemlə bağlı həkimə getməyin lazım olduğunu da güman etmir.

Oxu24.com bildirir ki, medicina.az daim əl-ayağı soyuq olanların dərdini araşdırıb.

Digər insanlar üçün əlverişli şəraitdə ayaqları, əlləri donanlarda Hipotireozdan ilk növbədə şübhələnirlər.

. Hipoterioz - hormonal problemlər.

Məhz hormonlar bədən temperaturunu tənzimləyir. Qalxanvari vəzin funsksiyası azalanda, hormonlar lazımi qədər öz işini görə bilmir və maddələr mübadiləsi prosesi zəifləyir.

Hipotireozun əlamətləri:

-Daim yorğunluq və iş qabiliyyətinin azalması
-Depressiya
-Menstrual tsiklin pozulması
-Zəif nəbz
-Daim üşümə hissi, əl-ayağın soyuması

Diaqnoz və müalicə

Endokrinoloq tərəfindən təyin edilir. Hormonal preparatlarla müalicə aparılır. Xəstə daim bu həkimin nəzarətində olur.

2.Reyno xəstəliyi

Əl və ayaqların iri arteriyalarının xəstəliyidir. Bu zaman arteriyalar daralır, ora qan dövranı azalır.

Əlamətləri:

-Barmaqların rənginin ağarması, göyərməsi
-Uyuşma, qıcolma
-Sanki iynə batırmış kimi hiss
-Ayaqlarda barmaqların daim soyuq olması, buzlaması
 
Xəstəliyi damar problemləri, stress, kəskin soyuma, soyuq suda uzun müddət qalmaq yaradır.

Müalicəsi:

Xəstəliyi törədən triggerlərin aradan qaldırılmasına yönəlir. Dərman müalicəsi effekt vermədikdə, cərrahi əməliyyat seçilir.

3.Ateroskleroz

İri arteriyaların müxtəlif səbəblərdən tıxanması, xolesteril, tromb, damarların şəkərdən quruması,qan dövranı pozulması. Daha çox siqaret çəkənlərdə rast gəlinir. Bu zaman damarlar dopller olunmalı, damar keçiriciliyi bərpa edilməlidir. Fleboloq və damar cərrahları bu problemlə məşğul olur.

4.Anemiya

Qanazlığı və dəmir desitli anemiyada soyuğa həssaslıq artır, dodaqlar, əllər ağarırı, göyərir. Buna səbəb orqan və toxumalara kifayət qədər oksigen çatmamasıdır.

Soyuq əl-ayaqla, üşümə və uyuşma ilə yanaşı baş ağrıları, ürəkdöyünmənin sürətlənməsi, tənəffüs çətinliyi varsa, deməli, qanı yoxlatmalısız.

5.Əsəb anoreksiyası

Anoreksiya kifayət qədər çəki itkisi, normal qidalanmamaqdır. Bu zaman təbii ki, xəstədə güc və enerji olmadığından istilik təminatı pozulacaq.
Malicə dietoloq, nevroloq və qastroenteroloqla birgə dərman müalicəsi və qida korreksiyası ilə aparılır. Bu zaman qanda bəzi vitamin və mineralların miqdarı da yoxlanılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı