Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
20 Oktyabr 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1060
14.07.2025, 09:53
SİMA-nın üztanıma texnologiyasının qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərində istifadəsinə başlanılıb.
Artıq qeyd edilən taksi operatorlarının sürücüləri şəxsiyyətlərini SİMA-nın KYC (Müştərini tanı) rəqəmsal həlli vasitəsilə təsdiq edərək fəaliyyət göstərəcəklər. Rəqəmsal identifikasiya – üztanıma yoxlamasını uğurla keçən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə veriləcək. Profil sahibinin fotosu ilə sürücünün siması eyniləşmədiyi təqdirdə həmin profil bloklanacaq. Bununla da uyğun olmayan şəxslərin sürücü kimi işləməsinin və qeyri-qanuni profil istifadəsinin qarşısı alınacaq.
Yeniliyin əsas məqsədləri:
- Üztanıma texnologiyası ilə nəzarət mexanizmini gücləndirmək;
- Uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaratmaq;
- Sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını almaq;
- Sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq.
İnteqrasiya nəticəsində “Bolt”, “Uber” və “Yango” sürücülərindən bir neçə mərhələdə və müxtəlif zaman aralığında üztanıma testindən keçməsi tələb oluna bilər. Həmin mərhələlər aşağıdakı kimidir:
- Tətbiqə ilkin qeydiyyat zamanı;
- Sistemə yenidən daxil olduqda;
- Sifariş tələbi gələn zaman (alqoritm əsasında).
Qeyd edək ki, taksi fəaliyyəti ilə bağlı bu yenilik “AzInTelecom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tətbiq edilib.
“SİMA KYC” haqqında
“SİMA KYC”ni (Know Your Customer – Müştərini Tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2023-cü ildə yaradıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
14:42 / 20 Oktyabr 2026
1
14:40 / 20 Oktyabr 2026
11
14:35 / 20 Oktyabr 2026
23
14:26 / 20 Oktyabr 2026
39
14:15 / 20 Oktyabr 2026
107
14:12 / 20 Oktyabr 2026
55
14:06 / 20 Oktyabr 2026
65
13:59 / 20 Oktyabr 2026
71
13:52 / 20 Oktyabr 2026
54
13:38 / 20 Oktyabr 2026
1475
13:20 / 20 Oktyabr 2026
73
13:08 / 20 Oktyabr 2026
138
13:04 / 20 Oktyabr 2026
76
13:00 / 20 Oktyabr 2026
70
12:54 / 20 Oktyabr 2026
137
12:46 / 20 Oktyabr 2026
84
12:43 / 20 Oktyabr 2026
185
12:35 / 20 Oktyabr 2026
996
12:30 / 20 Oktyabr 2026
99
12:28 / 20 Oktyabr 2026
415
12:05 / 20 Oktyabr 2026
81
12:00 / 20 Oktyabr 2026
93
11:55 / 20 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.