Mc Donalds-da çəkilən görüntülər şoka salır - Burqerlər belə hazırlanırmış - VİDEO
01 Avqust 2025, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86Mətbuat Şurası bəyanat yaydı
CƏMİYYƏT
1004
12.07.2025, 12:37
Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir.
Oxu24.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.
Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır:
"Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik.
Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur".
Vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir:
"Vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək istərdik ki, əvvəllər "Sputnik Azərbaycan"a bir neçə il Vitali Denisov - Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib. Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib.
Təxribat fəaliyyətinə görə Denisovun Azərbaycan və Moldovadan çıxarılması onun jurnalistika fəaliyyəti pərdəsi altında çox vaxt cəmiyyəti məlumatlandırmaqdan uzaq olan tapşırıqların yerinə yetirildiyini təsdiqləyir — söhbət qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı təsir və müdaxilə cəhdlərindən gedir.
Xüsusi xidmət orqanlarının Sputnik kimi yalançı media strukturlarından alət kimi istifadə etməsi, suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir".
Bəyanatda bunun Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında da təsdiqləndiyi vurğulanıb:
Həmçinin oxuyun
"Sputnik"in sadəcə xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu qeyd edilir.
Bu baxımdan, beynəlxalq ictimaiyyətin "Sputnik"in fəaliyyətinə reaksiyası tamamilə qanunauyğundur: agentlik rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb.
Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, faktiki olaraq bu kəskin məsələləri lazımi diqqətdən kənarda qoyması dərin təəccüb doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbs halları və onlara qarşı sistematik təzyiq ictimai və siyasi diskursun periferiyasında qalır.
Vəziyyətin ciddiliyini beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının məlumatları da təsdiqləyir. Məlumatlarda bildirilir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb. Bu zaman əsaslı şübhələr var ki, bu onların peşə fəaliyyəti ilə bağlı olub. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb və həbs edilib ki, bu da söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə göstərir".
O da nəzərə çatdırılıb ki, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Rusiyada müstəqil jurnalistikanın miqyaslı şəkildə azalması müntəzəm olaraq qeyd edilir, ekspertlər 60-70% civarında rəqəmlər göstərirlər. Oxşar nəticələr nüfuzlu mənbələrin materiallarında da göstərilir ki, bu da ölkədə söz azadlığının boğulmasına yönəlmiş sistemli və dərin kök salmış tendensiyanı göstərir:
"Beləliklə, Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və bir çox digər tanınmış jurnalistlərin qətl işləri siyasi motivasiyalı olduqları üçün hələ də açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasının başlamasından sonra media üzərində senzura əhəmiyyətli dərəcədə gücləndi, hər hansı alternativ mövqe aktiv şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər isə təqib və həbslərə məruz qalırlar".
Bildirilib ki, Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir, öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qətiyyəti göstərmir:
"Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı iləsə beynəlxalq jurnalist və insan hüquqları təşkilatları ilk növbədə Rusiya Jurnalistlər İttifaqının timsalında müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrilməsi barədə düşünməlidirlər".
"Biz beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadə edilməsini qətiyyətlə pisləməyə çağırırıq", - bəyanatda vurğulanıb.
23:54 / 01 Avqust 2025
Türkiyədə təyyarə qəzaya düşdü - yaralılar var - FOTO
43
23:31 / 01 Avqust 2025
Mc Donalds-da çəkilən görüntülər şoka salır - Burqerlər belə hazırlanırmış - VİDEO
43
21:49 / 01 Avqust 2025
Şirvanda ata ilə oğul boğuldu
131
21:16 / 01 Avqust 2025
Köhnə Günəşlidə avtoservis yanıb
53
20:12 / 01 Avqust 2025
AQTA qarpız-yemişlə bağlı yoxlamalara başladı
47
17:22 / 01 Avqust 2025
Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır
47
15:15 / 01 Avqust 2025
Yeni təyinatlar BAŞ TUTUB - ADLAR
689
14:55 / 01 Avqust 2025
Yunanıstan Qərbin təzyiqləri fonunda Rusiya ilə qardaşlıq elan edir
85
14:49 / 01 Avqust 2025
Ərdoğan onları əfv etdi
101
14:33 / 01 Avqust 2025
Türkiyəyə istirahətə getmək istəyənlərə VACİB XƏBƏR
100
14:15 / 01 Avqust 2025
Rusiya bu dəfə miqrantların uşaqlarına əl qoydu - ŞOK QƏRAR HAZIRLANIR
504
13:51 / 01 Avqust 2025
Yumurta ucuzlaşdı
93
13:43 / 01 Avqust 2025
Prezident sərəncam imzaladı
679
13:43 / 01 Avqust 2025
Qabil Məmmədov Azərbaycana gətiriləcək
369
13:23 / 01 Avqust 2025
Putin onunla görüşdü
86
13:20 / 01 Avqust 2025
ABŞ Fələstin rəsmilərinə viza sanksiyaları tətbiq edir
89
13:15 / 01 Avqust 2025
Qətər Azərbaycan qazının tədarükü üçün maliyyəni artırır
94
13:13 / 01 Avqust 2025
Amerikalılar Fələstin aşiqlərinin xəyallarını alt-üst edib
95
13:05 / 01 Avqust 2025
Arif Babayevlə vida mərasimi keçirilir - VİDEO
107
12:57 / 01 Avqust 2025
Prezident nekroloq imzaladı
1150
12:29 / 01 Avqust 2025
Təyyarə kişinin başını qopardı (18+)
915
12:23 / 01 Avqust 2025
Meyiti 11 gün sonra körpünün altında tapıldı
98
12:14 / 01 Avqust 2025
Qadının mədəsindən çıxanlar ŞOK ETDİ - video
543
11:56 / 01 Avqust 2025
Sabahdan hava şəraiti kəskin DƏYİŞİR: Bakıda və bölgələrdə hava belə olacaq
1562
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.