Fransa onu Azərbaycana səfir təyin etdi
19 Avqust 2025, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86Rejim keçicidir, sənət əbədi – Turan Etibaroğlu yazır...
CƏMİYYƏT
849
19.06.2025, 11:32
Urmiyədə bir uşağın əlindən oyuncaq düşür, Təbrizdə bir ana dua arasında susur. Göz yaşları torpağa qarışır, fəryadlar isə sükuta. Min illərin şəhərləri – poeziyanın, memarlığın, elm və estetik düşüncənin beşiyi olan torpaqlar indi alovun içindədir. İran və İsrail arasında qızışan müharibə yalnız iki ölkənin siyasi qarşıdurması deyil, həm də bir xalqın yaddaşına, tarixə, mədəniyyətə atılan raketlərdir.
Urmiyənin mavi suları, Təbrizin daş evləri, Şirazın gül bağçaları – bu torpaqlar yalnız coğrafi məkan deyil, həm də mədəni yaddaş nöqtələridir. Bu gün o yaddaş yerlə yeksan edilir. Amma… burada bir “amma” var. Çünki bu xalqın ruhunu heç bir rejim, heç bir müharibə tamamilə məhv edə bilmir. İranın siyasəti dağıdır, amma sənəti yaşadır.
Rejimin əlində qılınc, sənətkarın əlində saz var. Qılınc qorxu yayır, saz isə dirənişi...
İran rejimi illərlə qadınların oxumasını qadağan etdi. Amma sən nə qədər yasaqlarda olsa , qadının səsini lal edə bilməzsən. O səs, bu gün Simin Qaribaninin poeziyasında, Mahsə Aminin qətli ilə başlayan “Qadın, Həyat, Azadlıq” şüarında, Homayoun Şəcəriyanın hönkürtü ilə dolu qəzəllərində yaşayır.
Möhsen Namjoo — səsi ilə öz xalqının içində inqilab edən adam. Onun musiqisində qəzəllər pankart kimi qaldırılır. Klassik İran musiqisi ilə rok harmoniyasını birləşdirən sənətkar, rejimə təkcə melodiyası ilə deyil, düşüncəsi ilə meydan oxuyur.
Mohammad-Reza Shajarian – bir xalqın milli kimliyini qoruyan səs. 2009-cu ildə “Səsi xalqındır!” deməklə rejimin riyakarlığını ifşa etdi. Onun musiqisi yalnız musiqi deyil, bir xalqın kimlik sənədidir. İran dövlət televiziyası ömrünün son illərində onun musiqilərini yasaqladı – amma milyonlarla insan telefonlarında, qəlblərində onun səsini daşıyırdı.
Bu gün də Ali Zand Vəkili, Alireza Ghorbani, Kayhan Kalhor kimi sənətkarlar İranın içinə işıq salan fənərlərdir. Bu musiqilər xalqı nəinki sakitləşdirir, həm də ayaqda saxlayır.
İran kinosu təkcə film deyil, susqun azadlığın ekranlara köçürülmüş formasıdır. Təzyiqlərin içində, senzura çərçivəsində belə, İran rejissorları dünya kino tarixində öz izlərini qoymağı bacarıblar.
Məcid Məcidinin “Cənnətin Uşaqları” filmi sadəcə bir cüt ayaqqabı hekayəsi deyil. O, yoxsulluq içindəki zəngin insanlıq nümunəsidir. Əhməd Rəhməti və Mohsen Makhmalbaf-ın filmlərində repressiyanın metaforik təsviri, Asğar Fərhadinin isə sosial və psixoloji qatlı süjetlərində İran insanının gündəlik dilemması göstərilir.
Həmçinin oxuyun
“Asğar Fərhadi” iki dəfə “Ən yaxşı xarici film” üzrə “Oskar” qazanaraq (2012 – A Separation, 2016 – The Salesman) sübut etdi ki, İranın kinoları sükutla qışqırmağı bacarır. O sükut isə beynəlxalq festivalların səhnəsində gurultuya çevrilir.
İran siyasəti bugünkü dövrdə ən sərt, ən amansız repressiv maşınlardan biridir. Fikrin ifadəsinə, geyimə, inanca, məzhəbə, məhəbbətə müdaxilə edən bu rejim, öz xalqından qorxan bir rejimdir. Tarix bizə öyrədir ki, xalqdan qorxan dövlətlər uzunömürlü olmur. Çünki rejimlər dəyişir, diktatorlar silinir, amma sənətkarlar əbədi yaşayır.
Rejimin inşa etdiyi hər divar bir gün söküləcək. Amma sənətkarların yaratdığı hər misra, hər musiqi parçası, hər film səhnəsi gələcəyə körpü olacaq.
İranın iki siması var. Biri qorxudur — azad düşüncələrin boğulduğu İran. Digəri ümiddir — Fərhad Mehrran kimi müğənnilərin “Yarə dəymə” deyə oxuduğu, təqib edilən şairlərin, sürgündə danışan filosofların, həbsdə yazan yazıçıların İranı.
Biz hansı İranı seçirik? Siyasətin susdurduğu İranı, yoxsa sənətin danışdığı İranı?
Mən səsini itirmiş ananın yerinə Möhsen Namjoo dinləyirəm. Dağılan məhəllələrin yerinə Məcidinin filmlərinə baxıram. Qadağaya çevrilmiş gülüşlərin əvəzini Şəcəriyanın səsində tapıram.
Bax buna görə də İran mənim üçün təkcə siyasət deyil. O, dünyanın qadağalar içində yarattığı ən gözəl sənətdir.
Turan Etibaroğlu
Xüsusi olaraq Oxu24.com saytı üçün
23:53 / 19 Avqust 2025
Fransa onu Azərbaycana səfir təyin etdi
28
23:48 / 19 Avqust 2025
Ərdoğan NATO Baş katibi ilə danışdı
28
23:05 / 19 Avqust 2025
İki rayonda qaz fasilələrlə veriləcək
38
22:23 / 19 Avqust 2025
“Putinə etibar etmək olmaz” - Kallas
145
20:50 / 19 Avqust 2025
Güləşçimizdən dünya çempionatında bürünc medal
150
20:45 / 19 Avqust 2025
Günlərdir axtarılan Aytən Bakıda tapıldı
56
20:18 / 19 Avqust 2025
“Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq” - Binəli Yıldırımdan İlham Əliyevə məktub
50
19:25 / 19 Avqust 2025
Makron Avropa qapılarında Putini “yırtıcı” adlandırdı
58
17:35 / 19 Avqust 2025
Litva özünü dron divarı ilə Rusiyadan qorumaq istəyir
69
15:48 / 19 Avqust 2025
İranla Ermənistan razılığa GƏLİB
84
15:38 / 19 Avqust 2025
Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK
312
15:35 / 19 Avqust 2025
Finlandiya parlamentində intihar edən deputatın meyiti tapılıb
90
15:29 / 19 Avqust 2025
Prezident bu qanunu təsdiqlədi
343
15:10 / 19 Avqust 2025
Bloomberg: Trampın Hindistana tətbiq etdiyi tariflər fonunda Çin Rusiyadan neft alışını artırır
86
14:53 / 19 Avqust 2025
Ərini öldürüb meyiti hamamda gizlədən qadın TUTULDU - FOTOLAR
779
14:45 / 19 Avqust 2025
Fillərin də öz dili varmış
90
14:27 / 19 Avqust 2025
Rusiyada terror etmək istəyən şəxs TUTULDU
99
14:21 / 19 Avqust 2025
Amerika qoşunları Venesuela sahillərində
91
14:19 / 19 Avqust 2025
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı
99
14:16 / 19 Avqust 2025
Almaniya Vaşinqton görüşündən məmnundur
87
14:09 / 19 Avqust 2025
19 il HƏBS VERİLDİ
98
14:02 / 19 Avqust 2025
Modi Putin haqda nə yazıb?
97
13:36 / 19 Avqust 2025
Rəqsanənin həbsində şok detal: 35 minlik qızıl hanı?
516
13:35 / 19 Avqust 2025
Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı – Əməliyyat
353
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.