Qaynar xətt:

(+99450) 247 90 86

Rəqsanənin həbsində şok detal:  35 minlik qızıl hanı?

Rəqsanənin həbsində şok detal:  35 minlik qızıl hanı?

KRİMİNAL

1204

19.08.2025, 13:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Niyə uzun illər Rusiyada yaşayan Rəqsanə İsmayılova məhz Azərbaycana qayıtdıqdan sonra saxlanılıb? Səbəb budur ki, onun barəsində cinayət işi Azərbaycanda açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Oxu24.com   xəbər  verir    ki, bu sözləri "Yeni Sabah"a hüquqşünas Ayxan Məmmədli deyib.

O bildirib ki, şikayətdən sonra Rəqsanə İsmayılova ölkə xaricində olsaydı, Azərbaycan tərəfi beynəlxalq axtarış elan etməli idi.

"Müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı bir sıra hüquqi məqamları qeyd etmək vacibdir. İlk növbədə sual yaranır ki, niyə uzun illər Rusiyada yaşayan İsmayılova məhz Azərbaycana qayıtdıqdan sonra saxlanılıb?

Səbəb budur ki, onun barəsində cinayət işi Azərbaycanda açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu halda təqsirləndirilən şəxs ölkə ərazisinə daxil olan kimi hüquq-mühafizə orqanları hərəkətə keçir.

Əgər həmin şəxs xaricdə olsaydı, Azərbaycan tərəfi beynəlxalq axtarış elan etməli, saxlanılma isə həmin ölkənin hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirilməli idi.

A. Məmmədlinin sözlərinə görə, əgər işdə adı hallanan əşyalar (qızıl zinət əşyaları - red.) artıq satılıbsa, bu halda zərərçəkmişin təqdim etdiyi qəbzlər, qiymətləndirmə sənədləri, fotoşəkillər və ya şahid ifadələri də maddi sübut kimi qəbul oluna bilər:

"Məsələnin digər tərəfi zərərçəkmişin iddiasında göstərilən 35 min manatlıq qızıl-zinət əşyaları ilə bağlıdır. Qanunvericiliyə görə, belə əşyaların axtarışı yalnız məhkəmənin qərarı əsasında mümkündür. İstintaq orqanları təqsirləndirilən şəxsin evində, avtomobilində, bank hücrəsində və ya digər yerlərdə axtarış apararaq qızılları müsadirə edə bilərlər.

Əgər həmin əşyalar artıq satılıbsa, bu halda zərərçəkmişin təqdim etdiyi qəbzlər, qiymətləndirmə sənədləri, fotoşəkillər və ya şahid ifadələri də maddi sübut kimi qəbul oluna bilər".

Ayxan Məmmədlli qeyd edib ki, qızıl-zinət əşyalarının sübut kimi qəbul olunması yalnız onların real təqdimatı və ya həmin faktı təsdiqləyən rəsmi sənədlərin mövcudluğu ilə mümkündür. 

"Bununla belə, hər bir sübutun hüquqi qüvvəsi onun mövcudluğu və obyektivliyi ilə bağlıdır. Əgər zərərçəkmiş yalnız sözlü bəyanatla kifayətlənir və iddiasını təsdiqləyən heç bir fakt təqdim etmirsə, bu, istintaqda zəif əsas kimi qiymətləndirilir. Müdafiə tərəfi də belə hallarda bu arqumenti məhkəmədə iddianın əsassızlığı kimi qaldıra bilər.

Buna görə də prokurorluq hökmən əlavə sübut bazası toplamalıdır – bank əməliyyatları, yazışmalar, şahid ifadələri və digər təsdiqləyici materiallar iş materiallarına əlavə olunmalıdır. Nəticə etibarilə, Rəqsanə İsmayılovanın saxlanılması Azərbaycanda çıxarılan məhkəmə qərarının icrası ilə bağlıdır.

Qızıl-zinət əşyalarının isə sübut kimi qəbul olunması yalnız onların real təqdimatı və ya həmin faktı təsdiqləyən rəsmi sənədlərin mövcudluğu ilə mümkündür. Əks halda, bu epizod məhkəmədə müdafiə tərəfinin xeyrinə işləyə bilər".

Xatırladaq: Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Gözəllik salonlarına gedən qadınlar, diqqətli olun! - TƏHLÜKƏ VAR…  

20:03 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Gözəllik salonlarına gedən qadınlar, diqqətli olun! - TƏHLÜKƏ VAR…  

113

1
Bakı sakinlərinin DİQQƏTİNƏ!19 oktyabrdan etibarən...

20:03 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı sakinlərinin DİQQƏTİNƏ!19 oktyabrdan etibarən...

1105

0
ABŞ Putini, Avropa Ukraynanı seçir -Qulu Məhərrəmli

19:50 / 17 Oktyabr 2026

DÜNYA DÜNYA

ABŞ Putini, Avropa Ukraynanı seçir -Qulu Məhərrəmli

96

0
Bu halda gəlir vergisi BELƏ HESABLANACAQ 

19:38 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu halda gəlir vergisi BELƏ HESABLANACAQ 

245

0
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?  

19:38 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?  

116

0
Türkiyə Azərbaycana dərs keçir - Bəs Ceyhan limanından İsrailə gedən neft? 

19:32 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türkiyə Azərbaycana dərs keçir - Bəs Ceyhan limanından İsrailə gedən neft? 

717

0
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

19:26 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

119

0
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub

19:25 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub

77

0
Kotletin içərisinə çörək əvəzinə bu iki ərzağı əlavə edin – Daha yumşaq və şirəli olur

19:15 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kotletin içərisinə çörək əvəzinə bu iki ərzağı əlavə edin – Daha yumşaq və şirəli olur

165

0
"Şərəf" ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir? - Dosye 

19:06 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Şərəf" ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir? - Dosye 

228

0
Bu, qardaş Türkiyənin birinci oyunu idi — Tarixi şəhərimiz xəritəmizdən SİLİNDİ

18:56 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu, qardaş Türkiyənin birinci oyunu idi — Tarixi şəhərimiz xəritəmizdən SİLİNDİ

2116

2
 Heç kimə nə can, nə də qan borcumuz yoxdur -    Ramidə Yaqubqızı YAZIR

18:51 / 17 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Heç kimə nə can, nə də qan borcumuz yoxdur -    Ramidə Yaqubqızı YAZIR

99

0