Putin Ukrayna şəhərlərini yaşanmaz hala salmaq tapşırığı verib – KİV
17 Oktyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
936
19.08.2025, 15:29
Prezident İlham Əliyevin Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib.
Oxu24.com xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.
Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.
Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.
Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
23:59 / 17 Oktyabr 2026
2
23:34 / 17 Oktyabr 2026
1
23:19 / 17 Oktyabr 2026
44
22:59 / 17 Oktyabr 2026
48
22:49 / 17 Oktyabr 2026
78
22:21 / 17 Oktyabr 2026
115
22:12 / 17 Oktyabr 2026
93
22:10 / 17 Oktyabr 2026
77
22:05 / 17 Oktyabr 2026
81
21:57 / 17 Oktyabr 2026
115
21:40 / 17 Oktyabr 2026
136
21:18 / 17 Oktyabr 2026
86
20:39 / 17 Oktyabr 2026
86
20:39 / 17 Oktyabr 2026
130
20:16 / 17 Oktyabr 2026
100
20:03 / 17 Oktyabr 2026
125
20:03 / 17 Oktyabr 2026
1402
19:50 / 17 Oktyabr 2026
98
19:38 / 17 Oktyabr 2026
267
19:38 / 17 Oktyabr 2026
123
19:32 / 17 Oktyabr 2026
882
19:26 / 17 Oktyabr 2026
124
19:25 / 17 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.