Xəzər dənizində terror aktlarının qarşısı alınıb
17 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
561
19.08.2025, 14:16
Almaniyanın xarici işlər naziri Johann Wadephul bildirib ki, Vaşinqtonda aparılan danışıqların əsas nailiyyətlərindən biri ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi zərurəti ilə bağlı razılaşmasıdır.
Oxu24.com xəbər verir ki, "Almaniya kanslerinin təşəbbüsü ələ alması və Vaşinqtona getməsi, digərlərinin də onun ardınca getməsi vacib idi. Vacib əsas ilkin şərt yaradıldı, yəni Ukraynanın sülh prosesində iştirak etməsi. Bu, avropalıların əldə etdiyi yeni keyfiyyətdir , - deyə Vadeful Deutschlandfunk radiosuna müsahibəsində deyib.
O qeyd edib ki, Kiyevin danışıqlarda iştirakı Ukraynanın dialoqu davam etdirə bilməsi üçün zəruri şərtdir və bu baxımdan sülhə nail olmaq şansları artıb.
Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatları da gələcək sülh danışıqları üçün ilkin şərtdir.
"Ukrayna təhlükəsizlik zəmanətlərinə arxalana bilər. Həm avropalılardan, həm də ABŞ-dan. Prezident Tramp bununla razılaşdı. Bu, böyük uğurdur", - nazir vurğulayıb.
Wadephul hesab edir ki, Avropa liderləri vahid və konsolidasiya edilmiş mövqe sayəsində çox şeyə nail ola biliblər.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında görüş keçirilib. Onların hamısı Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
Görüşdən sonra Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng edərək, Rusiya Federasiyası və Ukrayna prezidentləri arasında ikitərəfli görüş hazırlamağa başladığını açıqlayıb. ABŞ prezidenti əlavə edib ki, bundan sonra onun da iştirak edəcəyi üçtərəfli görüş baş tutacaq.
Miri
10:32 / 17 Noyabr 2026
1
10:30 / 17 Noyabr 2026
29
10:22 / 17 Noyabr 2026
35
10:17 / 17 Noyabr 2026
42
10:13 / 17 Noyabr 2026
49
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
96
09:54 / 17 Noyabr 2026
434
09:45 / 17 Noyabr 2026
62
09:43 / 17 Noyabr 2026
79
09:36 / 17 Noyabr 2026
70
09:33 / 17 Noyabr 2026
349
09:31 / 17 Noyabr 2026
96
09:28 / 17 Noyabr 2026
106
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
90
09:04 / 17 Noyabr 2026
94
08:26 / 17 Noyabr 2026
81
00:49 / 17 Noyabr 2026
170
00:34 / 17 Noyabr 2026
361
00:17 / 17 Noyabr 2026
167
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.