Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" - Video
17 Oktyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
19.08.2025, 20:18
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan və bölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanması münasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.
Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclü liderliyinin, eyni zamanda Qarabağda qazanılan tarixi Zəfərdən regional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkret təzahürüdür.
Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir.
Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra da regional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasında qabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.
Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının “Bir millət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə, ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra da çoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı tərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm”.
22:49 / 17 Oktyabr 2026
56
22:21 / 17 Oktyabr 2026
78
22:12 / 17 Oktyabr 2026
70
22:10 / 17 Oktyabr 2026
67
22:05 / 17 Oktyabr 2026
71
21:57 / 17 Oktyabr 2026
93
21:40 / 17 Oktyabr 2026
103
21:18 / 17 Oktyabr 2026
76
20:39 / 17 Oktyabr 2026
77
20:39 / 17 Oktyabr 2026
118
20:16 / 17 Oktyabr 2026
93
20:03 / 17 Oktyabr 2026
113
20:03 / 17 Oktyabr 2026
1105
19:50 / 17 Oktyabr 2026
96
19:38 / 17 Oktyabr 2026
245
19:38 / 17 Oktyabr 2026
116
19:32 / 17 Oktyabr 2026
717
19:26 / 17 Oktyabr 2026
119
19:25 / 17 Oktyabr 2026
77
19:15 / 17 Oktyabr 2026
165
19:06 / 17 Oktyabr 2026
228
18:56 / 17 Oktyabr 2026
2116
18:51 / 17 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.