Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
582
19.08.2025, 17:35
Litva Baltikyanı ölkələrlə birlikdə sərhəddən Norveçdən Polşaya qədər uzanacaq 15 km enində “dron divarı” yaratmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu barədə qərar Litva Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite ilə Baltikyanı ölkələr, Polşa, Finlandiya və Norveçin daxili işlər nazirləri arasında keçirilən görüşdə qəbul edilib.
Litva Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bütün Baltikyanı region Rusiya və Belarus tərəfindən təhdidlərlə üzləşir və özlərini qorumaq üçün onlar belə bir divar yaratmağa məcburdurlar, çünki müasir dünyada ilk təmas əsgərlər arasında döyüş meydanında deyil, texnologiyalar arasında baş verir.
Ekspert hesablamalarına görə, “dron divarı”nın yaradılmasının əsas xərcləri 0,5 milyard avro təşkil edə bilər.
Litvanın Müdafiə Nazirliyi daha əvvəl 50 km dərinliyə malik olan və Rusiya və Belarusla sərhəddə gücləndirilmiş nəzarəti təmin edəcək vahid üçpilləli müdafiə xəttinin tikintisini elan edib.
Müdafiə xətti üç eşelondan, o cümlədən tank əleyhinə xəndəklərdən, minalanmış sahələrdən, səngərlərlə möhkəmləndirilmiş mövqelərdən və mühəndis maneələrindən ibarət olacaq.
Bütün bunlar NATO və Aİ layihələri ilə inteqrasiya olunacaq. Onların əsas vəzifəsi rus qoşunlarının hərəkətini ləngitməkdir.
Nigar
09:29 / 14 Noyabr 2026
1
09:23 / 14 Noyabr 2026
37
08:09 / 14 Noyabr 2026
958
01:15 / 14 Noyabr 2026
149
00:40 / 14 Noyabr 2026
302
00:02 / 14 Noyabr 2026
1093
23:58 / 13 Noyabr 2026
158
23:49 / 13 Noyabr 2026
157
23:40 / 13 Noyabr 2026
162
23:28 / 13 Noyabr 2026
158
23:22 / 13 Noyabr 2026
148
23:17 / 13 Noyabr 2026
410
23:09 / 13 Noyabr 2026
177
23:05 / 13 Noyabr 2026
147
23:02 / 13 Noyabr 2026
320
22:53 / 13 Noyabr 2026
158
22:49 / 13 Noyabr 2026
152
22:41 / 13 Noyabr 2026
150
22:36 / 13 Noyabr 2026
173
22:18 / 13 Noyabr 2026
156
22:13 / 13 Noyabr 2026
151
22:03 / 13 Noyabr 2026
1172
21:43 / 13 Noyabr 2026
1245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.