Beyin qanaması keçirərkən oxuduğu mahnı ilə gündəmdə – 27 illik qadağanı pozdu
17 Oktyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
4923
18.08.2025, 10:51
İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.
Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.
Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, xanım müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqin normal gedisinə hər hansi bir maniə yaratmaz:
“Rəqsanə özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanin azadlıqda aparıla aparilmasi daha ədalətlidir. Hüquqi baxımdan həbs yalnız sonuncu çarə kimi tətbiq olunmalıdır. Halbuki Rəqsanə xanım barəsində ev dustaqlığı və ya digər alternativ tədbirlər yetərli ola bilərdi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müvəkkilim iki azyaşlı övlad anasıdır. Bu amil həm hüquqi, həm də humanist prinsiplər baxımından nəzərə alınmalıdır.
İnanırıq ki, apellyasiya instansiyası bütün bu məqamları obyektiv şəkildə nəzərə alacaq və yekunda ədalətli qərar qəbul olunacaq.”
Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.