Döyüş meydanında yeni ERA: PUA-lar və Elektron Müharibə sistemləri müharibələrin taleyini necə dəyişir?
19 Avqust 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
348
05.06.2025, 22:35
Sabahdan Qurban bayramı başlayır.
Oxu24.com xəbər verir ki, Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd olunacaq.
Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 6-dan başlayaraq üç gün davam edəcək. İyunun 6-da məscidlərimizdə bayram namazları qılınacaq.
Azərbaycan, öz zəngin tarixi və mədəni irsi ilə Qurban Bayramını xüsusi ehtiramla qeyd edən ölkələrdən biridir. Bu bayram günlərində insanlar məscidlərə gedir, dualar edir və qurban kəsərək, ətini ailə üzvləri, qonşular və kasıblarla bölüşürlər.
Bəs Qurban bayramında kəsiləcək heyvanlarda əsas nəyə fikir verilməlidir? Qurban ətindən kimlərə verilməlidir və ondan istifadənin tərəfləri varmı?
Bu və digər suallara cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.
Ekspert baku.ws-ə açıqlamasında bildirdi ki, Qurbanlıq heyvanın kəsilməsi zamanı bir neçə mühüm məsələyə riayət olunması vacibdir:
- Heyvan sağlam və diri olmalıdır
- Kəsmə iti və uyğun bir alətlə (məsələn, dəmir bıçaqla) aparılmalıdır
- Kəsmə zamanı Allahın adı çəkilməlidir
- Heyvan qibləyə tərəf çevrilməlidir
- Kəsməni edən şəxs müsəlman olmalıdır.
Bəzi şəxslər imkanları çatmasa da, borc, yaxud kredit kartı ilə heyvan alıb, qurban kəsirlər. Fərid Abdullah deyir ki, bu əməl kasıb şəxslər üçün vacib deyil:
"Qurban kəsmək həcc ayinində olanlar üçün vacibdir. Lakin digərləri üçün mütəhəbdir. Vacib deyil. Fəqir və yoxsul adama qurban kəsmək kimi bir öhdəlik yoxdur. Ona görə də, Allah belə bir durumda kiminsə borca girib qurbanlıq kəsməsini ona vəzifə etməyib. Əgər qurbanlıq kəsməyi nəzir etmişsə, bu ayrı məsələdir. Bunun üçün halal şəkildə borc götürmək olar. Lakin müstəhəb qurban üçün borc almaq qurbanlıq fəlsəfəsinə yaddır".
Sosial şəbəkələrdə ən çox danışılan məqamlardan biri də, Qurban bayramında kəsilən heyvanların ətindən kabab edilib yeyilməsidir. Bu məsələ cəmiyyət tərəfindən çox tənqid edilir və qurban ətindən kabab edilməsinin düzgün olmadığı bildirilir. Fərid Abdullah isə deyil ki, bunun heç bir qəbahəti yoxdur:
"Qurban bayramında kəsilmiş heyvanın ətindən kabab hazırlamaq caizdir. Qurban bayramında düzgün şəkildə kəsilmiş qurban əti halal sayılır və onu kabab kimi istənilən formada bişirib hazırlamaq olar".
Bəs qurban ətindən kimlərə pay düşür?
Fərid Abdullah məsələni belə şərh edib:
"Adətən qurbanlıq üç hissəyə bölünür: 1 - Ailə üçün: Qurban ətinin üçdə biri sizə və ailənizə aiddir. 2 - Dostlar və qonşular üçün: Qurban ətinin digər üçdə birini dostlar, qonşular və ətrafınızda yaşayan insanlarla paylaşın. 3 - Ehtiyacı olanlar üçün: Qalan üçdə biri isə cəmiyyətin ehtiyac içində olan insanları üçün ayrılır. Bu əti xeyriyyə təşkilatlarına, yardım qurumlarına, məscidlərə, xəstəxanalara və ehtiyacı olan fərdlərə ərzaq yardımı kimi paylaya bilərsiniz. Üç hissəyə bölmək vacib deyil. Elə tamamilə yoxsullara da vermək olar. Lakin bu məsələdə müsəlman fəqirlər öndə tutulmalıdır. Qeyri-müsəlmanlar üçün ayrı xeyriyyə işləri nəzərdə tutulur".
14:50 / 19 Avqust 2026
1
14:49 / 19 Avqust 2026
1
14:44 / 19 Avqust 2026
19
14:30 / 19 Avqust 2026
42
14:24 / 19 Avqust 2026
46
14:18 / 19 Avqust 2026
105
14:15 / 19 Avqust 2026
55
14:05 / 19 Avqust 2026
46
13:59 / 19 Avqust 2026
59
13:45 / 19 Avqust 2026
56
13:37 / 19 Avqust 2026
61
13:30 / 19 Avqust 2026
55
13:10 / 19 Avqust 2026
69
13:06 / 19 Avqust 2026
67
12:59 / 19 Avqust 2026
63
12:52 / 19 Avqust 2026
315
12:49 / 19 Avqust 2026
288
12:45 / 19 Avqust 2026
77
12:38 / 19 Avqust 2026
75
12:32 / 19 Avqust 2026
106
12:30 / 19 Avqust 2026
63
12:16 / 19 Avqust 2026
63
12:01 / 19 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.