Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
31 İyul 2025, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86“Mən heç kəsi bura məcbur gətirməmişəm” – Ağdam xəstəxanasında həkim Sevinc Sadıqova sığortalı xəstələrə qapı göstərir
CƏMİYYƏT
1262
05.06.2025, 15:17
Ağdam Mərkəzi Xəstəxanasında sığortalı xəstələrə qarşı laqeyd münasibət – Oftalmoloq Sevinc Sadıqovanın davranışları narazılıq doğurur
Oxu24.com xəbər verir ki, İcbari tibbi sığorta vətəndaşlara dövlət tibb müəssisələrində pulsuz və keyfiyyətli tibbi xidmət almaq imkanı yaradır. Lakin bəzi hallarda həkimlərin laqeyd və qeyri-etik davranışı bu sistemə olan inamı zədələyir. Belə narazılıqları yaradan həkimlərdən biri də Ağdam Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu Sevinc Sadıqovadır.
Şəxsi müşahidəmə əsasən bu gün şahid oldum ki, həkim Sevinc Sadıqova sığorta ilə müraciət edən xəstələrə onun qəbulunda olmuş bir çox xəstənin dediyi kimi qeyri-peşəkar, sayğısız və kobud davranış sərgiləyir. O, xəstələrlə sanki şəxsi mülkünə gəlmiş insanlar kimi danışır, suallara hörmətsiz cavab verir. Hətta Pasiyentlərin fikrincə, bu, artıq adi hal alıb.
Gözləmə əsnasında həmçinin məlum oldu ki, Sevinc Sadıqova iş saatlarına da əməl etmir. Səhər saat 09:00-da başlamalı olan qəbulunu, 10:30-da başlayıb. Nəticədə saatlarla növbə gözləyən vətəndaşlar haqlı narazılıq edirlər. Növbədenkənar xəstələr qəbul edir. Həkim, bizi də qəbul edə biləcəksinizmi sualını pasiyent verdikdə “Mən heç kəsi bura məcbur gətirməmişəm, istəməyən gedə bilər” kimi ifadələr işlədir. Bu isə xüsusilə yaşlı, xəstə və uzaq rayonlardan – Tərtər, Bərdə, Ağcabədi və digər bölgələrdən gəlmiş pasiyentlər üçün ciddi psixoloji narahatlıq yaradır. Sevinc xanımın öz təyin etdiyi saatda orada olduğumuz halda eyni sayğısız münasibətlə biz də üzləşdik. Halbuki sığorta ilə gedən xəstələrə necə laqeydlik göstərdiklərini bildiyim üçün, köməkçisinə də bildirmişdim ki, anam sığorta ilə müayinə olunmayacaq, ödənişi nədirsə onu da ödəyəcəyik.
Sevinc Sadıqova, unutma ki, həkimlik sadəcə peşə deyil – bu, vicdan, mərhəmət və insan sevgisi tələb edən bir missiyadır. Müalicə üçün uzaq yollardan gələn vətəndaşlarımız bəzən ailə büdcəsindən kəsərək, ümidlə həkimə üz tuturlar. Onlara qarşı göstərdiyin bu cür münasibət nə etik normalara, nə də peşə məsuliyyətinə uyğun deyil.
Siz dövlət müəssisəsində xalqa xidmət etmək üçün çalışırsınız və maaşlarınızı da xalqın vergiləri hesabına alırsınız. Həkim andının əsas prinsipi isə insana hörmət və qayğıdır.
Vətəndaşa qarşı bu qədər laqeyd və sayğısız davranmağa hansı ixtiyarla cəsarət edirsiniz?
Buradan üzümü tuturam Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər aidiyyəti qurumlara. Azərbaycan vətəndaşlarına qarşı dövlət xəstəxanasında göstərilən bu münasibəti və onun ardında duran səbəbləri ciddi şəkildə araşdırmağınızı və Sevinc Sadıqovanın fəaliyyətini obyektiv qiymətləndirməyinizi xahiş edirəm.
Həmçinin oxuyun
Əgər o, sığorta ilə gələn xəstələri qəbul etməkdə maraqlı deyilsə, buyursun, özəl sektorun yolunu tutsun. Dövlət xəstəxanası şəxsi rahatlıq üçün yox, sığorta sisteminə güvənən xalqa keyfiyyətli tibbi xidmət göstərmək üçün nəzərdə tutulub.
Pərvin Şakirqızı
08:37 / 01 Avqust 2025
Bu şəxslər Rusiya vətəndaşlığından çıxarılacaq - Putin qanun imzaladı
1
21:19 / 31 İyul 2025
Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
139
21:10 / 31 İyul 2025
“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian
49
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
77
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
73
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
82
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
140
14:30 / 31 İyul 2025
Rusiya Afrikaya üz tutdu
87
14:26 / 31 İyul 2025
Azərbaycanda zəlzələ oldu
991
14:20 / 31 İyul 2025
Medvedev Trampla internetdə mübahisə edib
92
14:19 / 31 İyul 2025
Yarışda dəhşət yaşandı: İnsanlar öldülər (18+)
110
14:16 / 31 İyul 2025
Lukaşenkodan səfərbərlik tələbi
86
14:15 / 31 İyul 2025
Qazaxıstan Rusiyanın xidmətlərindən imtina edib
91
14:12 / 31 İyul 2025
Tramp Moskvanın cəza müddətini qısaldıb
82
14:10 / 31 İyul 2025
Sinoptik: Moskvalıları həftənin sonuna qədər qızmar gecələr gözləyir
85
14:05 / 31 İyul 2025
Politico: Tramp AB-dən Rusiya enerjisini almağı dayandırmağı tələb edir
87
13:56 / 31 İyul 2025
Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
384
13:40 / 31 İyul 2025
Litvanın baş naziri istefa verib
87
13:39 / 31 İyul 2025
Attraksion qırıldı: İnsanlar yerə çırpıldı
318
13:29 / 31 İyul 2025
Prezident Fərman İMZALADI
774
13:25 / 31 İyul 2025
İran ABŞ-dən kompensasiya istəyir
85
13:20 / 31 İyul 2025
Lukaşenko ABŞ və Belarus arasında münasibətlərdən danışıb
84
13:15 / 31 İyul 2025
Kanada Fələstini tanımaq istəyir
83
13:05 / 31 İyul 2025
Paşinyanın ofisindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.