Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2249
16.05.2025, 13:04
Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.
“Qafqazinfo”nun məlumatına görə, Elgün İbrahimovun anası Fizzə xanım Modern.az-a açıqlamasında oğlunun çox sakit təbiətli olduğunu bildirib: “Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət”.
Fizzə İbrahimova Elgünlə olan son söhbətindən də danışıb: “Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib, informatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb, tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi, ona restoranda son zəng qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı. Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də son zəng ləğv edildi, bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm”.
Qeyd edək ki, qətlə yetirilən Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.