Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
18 Noyabr 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4838
16.05.2025, 12:42
Milli Məclis Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısının genişləndirilməsini son oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq.
Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Qanuna digər bir dəyişikliklə isə Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasının müəyyənləşdirilməsinin Nazirlər Kabinetinə (NK) həvalə edilməsi təklif olunub.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir.
Bildirilib ki, dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
19:36 / 18 Noyabr 2026
16
19:36 / 18 Noyabr 2026
20
19:26 / 18 Noyabr 2026
43
19:19 / 18 Noyabr 2026
60
19:15 / 18 Noyabr 2026
57
19:08 / 18 Noyabr 2026
88
18:50 / 18 Noyabr 2026
69
18:45 / 18 Noyabr 2026
86
18:37 / 18 Noyabr 2026
89
18:33 / 18 Noyabr 2026
67
18:22 / 18 Noyabr 2026
92
18:17 / 18 Noyabr 2026
99
18:11 / 18 Noyabr 2026
106
18:05 / 18 Noyabr 2026
96
18:00 / 18 Noyabr 2026
94
17:51 / 18 Noyabr 2026
89
17:49 / 18 Noyabr 2026
91
17:45 / 18 Noyabr 2026
99
17:25 / 18 Noyabr 2026
114
17:20 / 18 Noyabr 2026
119
17:20 / 18 Noyabr 2026
128
17:11 / 18 Noyabr 2026
361
17:05 / 18 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.