Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
15.05.2025, 15:57
Ötən il istehsalı və satışının dayandırılması barədə xəbərlər yayılan “Səba” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.
Oxu24.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.
Beləliklə, son aylar ərzində “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.
Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Elçin Akif oğlu Mehdiyev vəzifəsindən azad edilib və onun yerinə Vüqar Samir oğlu Baloğlanov təyin olunub.
Məlumat üçün bildirək ki, “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.
Bu günlərdə “Səba” iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar “Səba”nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, “Səba”nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.
Xatırladaq ki, “Səba” 1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Uzun illərdir mətbuatda “Səba”nın Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznesinin tərkib hissəsi olduğu barədə məlumat dərc olunur.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.