Emin Ağalarov rusların yerinə onları siyahıya saldı - AÇIQLAMA
16 İyul 2025, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86Müğənniyə "Vətən müharibəsi iştirakçısı" medalını kim verib? — Qalmaqal
CƏMİYYƏT
428
15.05.2025, 13:06
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, N.Rəhimova 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışıb.
Həmin vaxt ansambl cəbhə bölgəsinə, yəni döyüşlərin getdiyi ərazilərə rəsmi olaraq ezam edilib. Kollektiv şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib ki, bu da mənəvi-psixoloji təminatın bir növüdür.
Vətən müharibəsi bitəndən sonra isə digər müharibə iştirakçıları kimi, N.Rəhimova da kollektivin digər üzvləri ilə birlikdə müharibə dövründəki fəaliyyətini əks etdirən müvafiq sənədlərini aidiyyəti quruma təqdim edib və Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, onlara veteranlıq verilməsi ilə bağlı sərəncam imzalanıb.
Məsələ ilə bağlı Nigar Rəhimovanın köməkçisi bir neçə gün öncə Musavat.com-a açıqlama verib: “Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.
Məsələni müzakirəyə çıxaranların çoxu Nigar Rəhimovanı tanımadıqlarını vurğulayırlar.
"Qafqazinfo" müğənni barədə araşdırma aparıb.
Bildirilir ki, onun daha çox şadlıq məclislərində iştirakını əks etdirən videolar paylaşılıb. Müğənni eyni zamanda III “Muğam televiziya müsabiqəsi 2011”in iştirakçısı da olub. Sosial şəbəkələrdə yayılan məlumata görə isə N.Rəhimova həm də Azərbaycan Silahlı Qüvvələrinin solistidir. Bununla bağlı rəsmi açıqlama verilməyib.
Həmçinin oxuyun
İfaçı öz yutub kanalında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşısında oxuduğu mahnını da paylaşıb. O, illər əvvəl bu video ilə də gündəmə gəlibmiş.
N.Rəhimova həm də 2020-ci ildə karantin günlərində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq “Yaşa Azərbaycan” mahnısını ifa edən müğənnilərin arasında olub.
Bəs “Vətən müharibəsi iştirakçısı” medalı kimlərə verilir?
“Vətən müharibəsi iştirakçısı” medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlara sorğu göndərilib.
16:00 / 16 İyul 2025
Mask Trampla mübahisədən sonra telefon nömrəsini dəyişib
6
16:00 / 16 İyul 2025
Mer yaralandı
7
15:58 / 16 İyul 2025
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
14
15:44 / 16 İyul 2025
SON DƏQİQƏ! Bakıda qadın güllələndi
295
15:37 / 16 İyul 2025
Gürcüstanda polislərə hücum oldu
21
15:33 / 16 İyul 2025
Çindən Türkiyəyə ilk yük qatarları göndərildi
61
15:13 / 16 İyul 2025
Ukraynada deputatlar dalaşdı
49
15:05 / 16 İyul 2025
Kremldən nüvə açıqlaması
82
14:50 / 16 İyul 2025
Zelenski Trampın Ukraynadakı münaqişəni həll edəcəyinə əmindir
71
14:50 / 16 İyul 2025
Ruslar Ukraynanın MiQ-29 təyyarəsini vurub
39
14:30 / 16 İyul 2025
Emin Ağalarov rusların yerinə onları siyahıya saldı - AÇIQLAMA
424
14:21 / 16 İyul 2025
Azərbaycanda reper saxlanıldı
112
14:17 / 16 İyul 2025
Almaniya Ukraynaya görə Fransa ilə ideoloji mübahisə elan edir
35
14:15 / 16 İyul 2025
Trampın tariflərindən ABŞ-ın büdcə gəlirləri açıqlanıb
35
14:03 / 16 İyul 2025
Avropa İttifaqı Rusiya qazı və LNG alışını artırıb
38
13:55 / 16 İyul 2025
Küləklə bağlı sarı xəbərdarlıq
246
13:48 / 16 İyul 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
608
13:14 / 16 İyul 2025
Druz milisləri belə öldürüldü - Həssas görüntülər (18+)
113
13:03 / 16 İyul 2025
Baş nazir Əli Əsədov yeni qərar imzaladı
263
12:46 / 16 İyul 2025
Rusiya vilayətində göldə balıqçıları ildırım vurub
57
12:43 / 16 İyul 2025
DSX generalı vəzifədən azad edilib? İlham Mehdiyev kimdir?
541
12:27 / 16 İyul 2025
Avropa Ukraynaya çoxillik yardım hazırlayır
52
12:25 / 16 İyul 2025
Prezidentlə təkbətək görüşü oldu - Fotolar
66
12:23 / 16 İyul 2025
İran xarici tankeri ələ keçirib
53
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.