Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1392
15.05.2025, 11:50
Qarabağ Müharibəsi qazisi, ikinci qrup Qarabağ əlili Həsənov Bəymirzə Gülmirzə oğlu illərdir dövlət tərəfindən ona veriləcək mənzilini ala bilmir.
Bu barədə Oxu24.com-a qazinin özü məlumat verib. Qazinin sözlərində görə,2008ci ildən mənzil siyahısında olsa da,ona düşəcək evi hələ də ala bilmir.Yaxın zamanlarda övlad gözləyən ailə yeni ev gözləsələr də,bu arzularına çata bilmirlər.
“2002-ci ildə hərbi xidmətə yollandım. Həmin vaxt Füzulidə postda xidmət edirdim. Xidmət zamanı düşmən tərəfindən atılan güllə yarasından ağır yaralandım. İkinci qrup əlillliyim yarandı. Bu gün həm əlilliyə görə pensiya, həm də Prezident təqaüdü alıram. Mənim bu gün ən böyük problemim qanunla nəzərdə tutulmuş mənzilin hələ də mənə verilməməsi ilə bağlıdır.
05.11.2008-ci ildən etibarən Qarabağ müharibəsi 2-ci qrup əlillərinin mənzil uçot siyahısındayam. Buna baxmayaraq mənzili ala bilmirəm. Bir neçə dəfə rəsmi müraciət etmişəm. Mənim qeydiyyatım və yaşayış yerim Yasamal rayonudur.
Cənab Prezidentin göstərişinə görə evlər yaşayış yerinə uyğun şəkildə verilməlidir. Xahiş edirəm ki, aidiyyatı qurumlar bunu nəzərə alıb mənim mənzillə təmin olunmağıma tez bir zamanda köməklik göstərsinlər.Uzun illər mənzil problemimə görə evlənə bilmirdim.
Keçən il ailə həyatı qurdum.Yaxın zamanlarda ata olacam.Övladımı kirayələrdə böyütmək istəmirəm.Atam və anam da mənim himayəmdədir.Hazırda ailəmiz 5 nəfərdən ibarətdir.Övladım dünyaya gəldikdən sonra kirayələrdə yaşamaq həm maddi, həm də mənəvi cəhətdən mənə çətindir”, - deyə qazi Bəymirzə Həsənov bildirib.
Qeyd edək ki,qazinin himayəsində olan anası Şövkət Həsənova 11 övlad anasıdır.O, da yaranmış vəziyyətə görə,bu gün narahatlığını ifadə edir.
Həmçinin oxuyun
(Fotoda qazinin anası Şövkət Həsənova)
"Özüm qəhrəman anayam.11 övlad böyütmüşəm.Mənə uşaqlarıma görə verilməli olan sosial mənzil də verilmədi.Bu haqsızlıqdan sonra oğlum,canını vətən üçün fəda edən Bəymirzənin də haqqı tapdanır.Hazırda ailəlidir,hamımız bir yerdə yaşamağa məcburuq.Sənədləri Sosial Müdafiə Nazirliyinə təqdim etmişik.Ailə tərkibimiz də artıb.Elə deyirlər ki, gözləyin,növbəli şəkildə evlər veriləcək.Mən nə bilim növbə nə vaxt çatacaq?Bəlkə növbə çatana kimi biz həyatda olmadıq?Yaxın zamanda nəvəm dünyaya gələcək.Uşağın da,oğlumun taleyini yaşamasını istəmirəm.Bu məsələlərlə bağlı cənab Prezidentə də müraciət etmişəm.Rəsmi şəxslər standart cavab verməklə məsələdən boyun qaçırırlar",-deyə qazinin anası bildirib.
Oxu24.com ailənin istəkləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı hazırda sənədlərə baxılır.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzil və ya fərdi evlə təmin edilirlər.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxs Bəymirzə Gülmirzə oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. Sosial Xidmətlər Agentliyi tərəfindən vətəndaşa Hövsan qəsəbəsi, Zığ şossesində yerləşən yaşayış kompleksindən mənzil təklif edilib, lakin vətəndaş imtina edib. B. Həsənov 05.05.2025-ci il tarixində otaq sayının artırılması ilə bağlı müraciət edib. Məsələyə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq",-deyə rəsmi açıqlamada qeyd olunub.
Hazırladı: Miri Məcidli
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.