Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
475
14.05.2025, 18:01
Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb. Bildirilir ki, modemlər çox zaman kibertəhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlər isə ev şəbəkəsinə daxil olaraq şəxsi məlumatlara, cihazlara və xidmətlərə zərər verə bilər.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, bu tip cihazlar tez-tez zərərli proqramlarla yoluxdurulur və ev şəbəkələrinə sızmaq üçün istifadə edilir.
Ətraflı videoda:
“Router vasitəsilə həyata keçirilən hücumlar nəticəsində yalnız internet bağlantısı deyil, həmin şəbəkəyə qoşulmuş digər cihazlara da nəzarət mümkündür. Bu hallarda kibercinayətkarlar istifadəçilərin şəxsi və bank məlumatlarını oğurlamaq, onlayn fəaliyyətlərini izləmək və hətta cihazları zombi şəbəkələrdə (botnet) istifadə etmək imkanı qazanırlar. Hücumların səssiz və görünməz şəkildə baş verməsi isə təhlükəni daha da artırır”.
Mütəxəssis bildirib ki, adətən istifadəçilər sızmalardan yalnız ciddi məlumat itkisi və ya təhlükəsizlik pozuntusu baş verdikdən sonra xəbərdar olurlar:
“Yönləndiricilərin proqram təminatı (firmware) mütəmadi olaraq yenilənməli, standart şifrələr dəyişdirilməli və şəbəkə təhlükəsizliyi üzrə əsas tədbirlər görülməlidir. Cihaz artıq istehsalçı tərəfindən dəstəklənmirsə, daha yeni və təhlükəsiz model ilə əvəz olunması tövsiyə olunur”.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.